İqtisadi 23.01.2024 20:53

Erməni araşdırmaçı Qərbi Azərbaycana gəlmə olduqlarını faktlarla təsdiq etdi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Qərbi Azərbaycan 1828-ci ildən necə erməniləşdirilib” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə Qərbi Azərbaycan ərazisini əhatə edən mahalların tarixi və mədəni münasibətlər baxımından Bütöv Azərbaycandan ayrı olmadığı, indiki Ermənistanın Azərbaycan mahalları ərazisində yaradılan süni dövlət olduğu və erməni tədqiqatçılarının araşdırmalarında Qərbi Azərbaycanın 1828-ci ildən erməniləşdirilməsinin necə aparıldığı bildirilir.

Qeyd olunur ki, Ermənistan, Azərbaycan və Türkiyə münasibətlərinin tədqiqi ilə məşğul olan araşdırmaçı Tatul Hakopyan doğulduğu Loru mahalının Barana rayonu Balakənd kəndinin azərbaycanlı əhalisinin 1930-ci ildə qovulduğunu və yerinə xaricdən gətirilən ermənilər yerləşdirildiyini təsdiqləyir.

T.Hakopyanın “Rusiyanın işğalı ərəfəsində İrəvan xanlığı” məqaləsində Qərbi Azərbaycanın 1828-ci ildən erməniləşdirilməsinin necə aparıldığı, İrandan və Türkiyədən gətirilən ermənilərin  15 rayondan ibarət İrəvan xanlığının və bir neçə mahalın ümumi əhalisinin statistikasına təsiri aydın görünür: “Belə ki, İrəvan xanlığında həmin dövrdə 115 106 nəfərin 65 234-ü erməni, 49 872-si müsəlman olub. Qırxbulaq mahalında ümumi əhalinin sayı 3053,  Zəngbasar mahalında 8376, Gərnibasar mahalında 9680, Vedibasar mahalında 4355, Sürməli mahalında 12 407, Dərəkənd-Parçenis mahalında 4387, Səədli mahalında 1004, Abaran mahalında 8933, Dərəçiçək mahalında 8650, Göyça mahalında 14 254 nəfər yaşayıb. Məhz bu ərazilərə köçürülən ermənilərin hesabına azərbaycanlılardan say üstünlüyü yaranıb”.

Sonda vurğulanır ki, erməni müəllif Qərbi Azərbaycan bütün mahallarını əhatə etmir: “Çünki söhbət İrəvan xanlığından gedir. Sonrakı illərdə erməni vilayəti və erməni dövləti yaradanda havadarları  Azərbaycanın digər ərazilərini də ermənilərə verdilər ki, xəritədə dövlətə oxşar nəsə olsun. Adı çəkilən mahallarda verilən saylara diqqət yetirəndə Qərbi Azərbaycanın 1828-ci ildən erməniləşdirmənin necə aparıldığı tam aydın olur. Bunu erməni araşdırmaçısı Tatul Hakopyan da etiraf edir. Çünki bu gerçəyi mənbələr də qeyd edib və nə qədər erməni tarixçiləri nağıllar uydursalar da bu yazılana pozu yoxdur. Belə ki, Qərbi Azərbaycanın mahallarında minillər boyu azərbaycanlılar yaşayıb və yalnız XX əsrdə bir neçə dəfə xüsusi qəddarlıq və zorakılıqla öz torpaqlarından qovulublar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 23-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO