Siyasi 30.01.2025 22:43

Gürcüstan-Ermənistan yolunun əhəmiyyətli hissəsi Azərbaycanın nəzarətinə keçir“ - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Delimitasiyanın şimaldan başlanması Azərbaycanın maraqlarına uyğundur” adlı süjetdə Azəraycan və Ermənistan sərhəd komissiyalarının yanvarın 16-da keçirilən 11-ci iclasında əldə olunan razılaşmadan söz açılır.

Bildirilir ki, bu razılaşma dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İranla sərhədinə qədər başlaması ilə bağlıdır.

Qeyd olunur ki, Ermənistan parlamentində Baş nazir Nikol Paşinyan və hökumətin digər üzvlərnin iştirakı ilə keçirilən iclasda bu məsələ əsas müzakirə mövzularından biri olub. Hökumətə “delimitasiya niyə şimalda davam etdirilir” sualını ünvanlayan müxalif deputatlar tənqidi çıxışlar edib və söyləyiblər ki, delimitasiyanın şimaldan başlanması Azərbaycanın maraqlarına uyğundur.

Süjetdə Ermənistan mediasının bu məsələ ilə bağlı yazdıqları da ön plana çəkilir. Belə ki, “Past.am” saytı yazır ki, aprel ayında sərhədin şimal istiqamətində delimitasiya prosesi böyük ölçüdə başa çatmalıdır, nəticədə Əskipara (Voskepar) kəndinin əhəmiyyətli hissəsi Azərbaycanın nəzarətinə keçəcək, yeni sərhəd xətti Lori rayonunun Lorut kəndi olacaq.

“Hraparak” nəşri isə yazır ki, Ermənistan hakimiyyəti delimitasiyasının Basarkeçər (Vardenis), İstisu (Cermuk) və digər ərazilərdə davam etdirilməsini istəsə də, 16 yanvar razılaşması rəsmi Bakının istəyinə uyğundur: “Aydındır ki, belə qərarı Azərbaycan Prezidenti İlham Əliyev verib, rəsmi İrəvan da razılaşmağa məcbur olub”.

Deputat Qarnik Danielyan, parlamentdə “Şərəfim var” fraksiyasının üzvü, hərbi ekspert Tiqran Abramyan bildiriblər ki, delimitasiya nəticəsində Azərbaycan ordusu İrəvana gedən yollara nəzarət edəcək: “Delimitasiyanın Tavuş istiqamətində davam etdirilməsi rəsmi Bakı üçün əhəmiyyətlidir. Çünki anklav olan üç kəndin qaytarılmasına hazırlıq gedir. Bu baş verərsə, təkcə Tavuşun mərkəzindəki kommunikasiya yox, həm də Ermənistan-Gürcüstan magistral yolunun və Gürcüstandan Ermənistana gələn qaz kəmərinin bir hissəsi Azərbaycanın nəzarətinə keçəcək”.

Sonda vurğulanır ki, sərhədin delimitasiyası ilə bağlı 16 yanvar razılaşması Azərbaycanın maraqlarına uyğundur və strateji ərazilərə nəzarəti bərpa edilməsi həm sərhəddə möhkəmlənmək, həm də Qərbi Azərbaycanın dərinliklərinə doğru addım-addım irəliləmək imkanı yaradır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında yanvarın 30-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO