“Ermənistanda yaşayış kompleksləri kimlər üçün tikilir, azərbaycanlılar üçün deyilmi? - FOTO - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.
Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi politoloq Qədir Aslan olub.
O, yeni Prezident seçilən Donald Tramp dövründə ABŞ siyasətində, eləcə də rəsmi Vaşinqtonun Cənubi Qafqazla bağlı dəyişikliklərin olacağını bildirib: “Dünya səhnəsində Tramp qeyri-hərbi təşkilatları maliyyələşdirməyə çalışır. Vaşinqtonun təşəbbüsü ilə narahatlıq doğuran məsələlərlə bağlı danışıqlar masasına qayıtmaq mümkün olacaq. Tramp Bayden administrasiyası dövründə başlayan siyasi kursu davam etdirsə, hər şey daha da pisləşəcək”.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzlərinin birinə çevrilə bilər və tezliklə güclü iqtisadiyyata malik TDT timsalında geosiyasi mərkəz yaradılacaq.
Politoloq Paris və İrəvan arasında hərbi əməkdaşlıq, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də Sülh sazişinin imzalanması məsələlərinə toxunub, Rusiya-Ermənistan münasibətlərindən və Rusiya-Ukrayna müharibəsindən söz açıb: “Makron hakimiyyətdən getdikdən sonra Fransa ilə bütün münasibətlər bərpa olunacaq. Ermənistan-Azərbaycan arasındakı dövlət sərhədlərinin tanınması hər iki ölkədə sülhə gətirib çıxaracaq. Rəsmi İrəvan Moskvanın təsir dairəsindən çıxması mümkün görünmür. Rusiya-Ukrayna münasibətlərində sülhdən danışmaq hələ tezdir. Amma 2025-ci ildə yeni liderlə Ukraynada dəyişikliklər baş verə bilər. Qərb ölkələri Rusiya ilə Ukrayna arasında danışıqlar prosesinə töhfə verməlidir”.
Q.Aslan Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri olan Qərbi Azərbaycana qayıdış və Zəngəzur dəhlizinin açılması məsələlərinə də münasibət bildirib: “Doğma yurdlarını tərk etmiş insanlar öz vətənlərinə qayıtmalıdırlar. İndi Ermənistanda vaxtilə Qərbi azərbaycanlıların yaşadığı ərazilərdə yaşayış kompleksləri inşa olunur. İrəvanda iddia edirlər ki, bu evlər azərbaycanlılar üçün tikilir”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə noyabrın 19-da saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.
xxx
«Для кого строятся жилые комплексы в Армении? Для азербайджанцев?»
Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.
Как сообщает Rakus.az, политолог Гадир Аслан был собеседником ведущей Эллады Сарван.
Он заявил, что в период избрания нового президента Дональда Трампа произойдут изменения в политике США, а также в официальном Вашингтоне в отношении Южного Кавказа: «Трамп пытается финансировать невоенные организации на мировой арене. По инициативе Вашингтона можно будет вернуться за стол переговоров по волнующим вопросам. Если Трамп продолжит политический курс, начатый при администрации Байдена, все станет еще хуже».
По его мнению, скоро будет создан геополитический центр в образе ОТГ с мощной экономикой.
Политолог затронул вопросы военного сотрудничества Парижа и Иревана, делимитации и демаркации границы между Арменией и Азербайджаном, а также подписания Мирного соглашения, рассказал об отношениях России и Армении и российско-украинской войне: «После ухода Макрона отношения с Францией возобновятся. Признание государственных границ приведёт к Миру в обеих странах. Выход официального Иревана из сферы влияния Москвы кажется невозможным. О мире в российско-украинских отношениях говорить пока рано. Но в 2025 году в Украине могут произойти изменения с новым лидером. Западные страны должны способствовать процессу переговоров между Россией и Украиной».
Г.Аслан высказал свое мнение по вопросам возвращения в Западный Азербайджан и открытия Зангезурского коридора, которые являются приоритетными направлениями внешней политики Азербайджана: «Люди, вынужденно покинувшие свои родные земли, должны вернуться на родину. Сейчас в Армении строятся жилые комплексы в районах, где когда-то жили уроженцы Западного Азербайджана. В Иреване утверждают, что эти дома строятся для азербайджанцев».
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.
Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.
А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.
Интервью транслировалось на русском языке 19 ноября в 18:30 на YouTube-канале и в 19:30 на Baku TV.