Təhlil 22.09.2019 23:39

İrəvanda xaos – İqtidar əleyhinə yeni siyasi hərəkat yaranır – TƏHLİL - FOTO

Ermənistanda politoloqların bəyanatları və son hadisələr göstərir ki, Paşinyan hökumətindəki yeni istefalar daxili siyasi gərginliyin əlamətidir. 

Rakus.az xəbər verir ki, erməni KİV-lərinin yazdığına görə, bu fikirləri təsdiq edən politoloq Armen Badalyan keçirdiyi mətbuat konfransında yenicə istefaya göndərilmiş Milli Təhlükəsizlik Xidmətinin sabiq başçısı Artur Vanetyanın Paşinyana qarşı yeni siyasi hərəkat yarada biləcəyini əlavə edib.

Politoloq vurğulayıb ki, Vanetsyan xalq arasında nüfuzu getdikcə azalan Paşinyan hökumətinə yaxşı alternativ ola bilər. Onun sözlərinə görə, Paşinyana qarşı yeni siyasi güc mərkəzi məhz Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları hesabına formalaşa bilər. Badalyan hesab edir ki, Ermənistanın sabiq prezidentləri Robert Koçaryanın və Serj Sarkisyanın əks siyasi qütbə rəhbərlik etmək şansları yoxdur və bu məsələdə tamamilə yeni siyasətçilər önə çıxmalıdır. Bundan başqa, onların tərəfdarlarının təmsil olunduğu Respublikaçılar Partiyasının da sıraları getdikcə seyrəlir. Politoloq bu amillərə söykənərək iddia edib ki, Vanetsyanın qarşısında dura biləcək heç bir siyasi güc olmayacaq.

Badalyan əlavə edib ki, MTX-nin sabiq sədri reytinqinə görə Paşinyandan geri qalmır, onun kifayət qədər imkanları və xarici dəstəyi var. Politoloqun sözlərinə görə, Rusiyanın timsalında Vanetsyanın ciddi dəstəyi var. MTX sədrinin öz istefası ilə bağlı açıqlamasında “biri sanki mənə “dayan” deyir!” sözləri də mübhəm məqamlardan xəbər verir. Paşinyanın mətbuat katibi onun bu sözlərini şərh etməkdən imtina edib.

Ermənistan baş nazirinin MTX sədrindən sonra ölkənin polis rəisi Valeri Osipyanı da istefaya göndərməsi iqtidar daxilində ciddi ziddiyyətlərin daha bir göstəricisidir. Paşinyanın aparat rəhbəri bildirib ki, baş nazir onların fəaliyyətindən narazı olub, lakin hər iki sabiq vəzifəli şəxs cinayətdə ittiham edilmir. Belə ki, Vanetsyan Futbol Federasiyasının sədri, Osipyan isə baş nazirin müşaviri təyin ediliblər. Politoloqlar hesab edirlər ki, Paşinyanın bu kosmetik addımları iqtidarın daxilində getdikcə güclənən ziddiyyətlərin qarşısını ala bilməyəcək.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO