“İrəvanda yaşayan türklər yüksək intellektə malik idilər” - FOTO - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.
Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Etika Akademiyasının direktoru Günel İbrahim olub.
O, ilk dəfə Etika Mərkəzinin İrəvan quberniyasında açıldığını və sahibinin azərbaycanlı olduğunu deyib: “1894-cü ildə ilk dəfə İrəvan quberniyasında “Etika mərkəzi” açılıb. İrəvanda yaşayan türklər yüksək intellektə malik idilər”.
Onun sözlərinə görə, əxlaqi dəyərləri öyrənən etika siyasətdə mühüm rol oynayır: “Etika Akademiyasının missiyası ölkənin mədəni dəyərlərini qoruyub saxlamaqla yüksək qlobal standartlar yaratmaqdır. Maraqlı görünüşü ilə yadda qalan liderlər akademiyada təlim mövzusuna çevrildi”.
Etika Akademiyasının direktoru siyasətdə liderin qamətinin düzgün olmasının, jestlərin və davranışın üst-üstə düşməsinin vacibliyini, nitq və bədən dilinin insanın niyyətinin üzə çıxmasına təsir göstərdiyini deyib, hansı bədən dilinin aqressiv və sülhpərvər sayıldığına aydınlıq gətirib: “Liderin duruşu onun tarazlığından danışır. Bədən dili və jestləri insanın niyyətini göstərə bilər. Bədən dili insanın emosional intellekt səviyyəsini göstərir”.
G.İbrahim azərbaycanlıların qədim türk mədəniyyətinə, tolerantlığa, dini əxlaqa sahib xalq olduğunu, Qərbi azərbaycanlıların doğma yurda qayıdacağına əminliyini söyləyib: “Ermənilər tarix boyu türklərə məxsus irsi oğurlamaqla məşğul olublar. Millətlərarası dialoq münasibətlərin bərpasına kömək edəcək”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə noyabrın 12-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.
xxx
«Тюрки, проживающие в Иреване, обладали высоким интеллектом»
Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.
Как сообщает Rakus. az, собеседником ведущей Эллады Сарван была директор Академии Этики Гюнель Ибрагим.
Она сообщила, что наш Центр Этики был открыт впервые в Иреванской губернии и владельцем был азербайджанец: «Просветительская школа» была открыта в 1894 году в Иреванской Губернии. Тюрки, живущие в Иреване, обладали высоким интеллектом».
По ее словам, важную роль в политике играет этика, изучающая моральные ценности: «Миссия Академии Этики – создать высокие глобальные стандарты, сохранив культурные ценности страны. В Академии лидеры, запоминающиеся интересной внешностью, стали темой для обучения».
Директор Академии Этики рассказала, что важно, чтобы осанка лидера была правильной, жесты и поведение соответствовали, речь и язык тела оказывают влияние на раскрытие намерений человека, и уточнила, при каких случаях язык тела показывает агрессю или миролюбие: « Осанка лидера говорит о его уравновешенности. Язык тела и жесты могут показать намерения человека. Владение языком тела показывает уровень эмоционального интеллекта человека.
Г.Ибрагим отметила, что азербайджанцы – это народ с древней тюркской культурой, толерантностью и религиозной моралью, и она уверена, что уроженцы Западного Азербайджана вернутся на свою родину: « Армяне хотели украсть наследие, принадлежавшее тюркам. Межэтнический диалог поможет восстановлению отношений».
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.
Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.
А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.
Интервью транслировалось на русском языке 12 ноября в 18:30 на YouTube-канале и в 19:30 на Baku TV.