Təhlil 21.11.2024 22:34

İrəvandan Bakıya göndərilən “strateji saziş”in detalları: Nikolun planı nədir? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Rəsmi Bakı da bu diplomatik fırıldağı qəbul etmədi” adlı süjetdə COP29 tədbiri çərçivəsində iki ölkə arasında sülh sazişinə dair sənədlərin imzalanması gözləntisinin nəticə verməməsinin səbəblərindən bəhs olunur.

Bildirilir ki, Bakıda qlobal iqlim problemlərinin müzakirəsi davam etdiyi vaxt, sülh sazişinin imzalanması ümidləri arxa plana keçib: “Bakıya gəlməyən erməni baş nazir bildirib ki, Ermənistanla Azərbaycan təkcə sülh sazişi və digər müqavilələr yox, strateji saziş də bağlamalıdır. Ermənistanın bu məsələdə əsas məqsədi sülh sazişinin imzalanmasından sonrakı dövrdə maraqlarını təmin etməkdir. Bu, həm də sülh sazişində rəsmi İrəvanın maraqlarının tam əksini tapımadığından xəbər verir.

Qeyd olunur ki, Paşinyanın təklif etdiyi “strateji saziş”də məqsəd məhz tarixi torpaqlarımız olan Qərbi Azərbaycan üzərində Ermənistanın legitimlik qazanmasıdır: “Çünki Azərbaycan və Ermənistan BMT-yə qəbul edilsə də, iki ölkə arasındakı sərhəd bütövlükdə müəyyənləşmədiyi müddətdə Ermənistanın Paşinyanın da dediyi kimi, “kadastrı” olmayacaq. Bu, mövcud sərhədlərin istənilən vaxt tarixi torpaqlarımızın dərinliklərinə doğru dəyişməsi perspektivini özündə saxlayacaq. Ermənistan hakimiyyəti bu perspektivin qarşısını almaq, bununla həm də öz yurdundan qovulmuş qərbi azərbaycanlıların geri qayıtmasını, ümumilikdə Qərbi Azərbaycan konsepsiyasını arxa plana keçirməyi düşünür”.

Süjetdə diqqətə çatdırılır ki, erməni ekspertlər Nikol Paşinyanın İlham Əliyevin qarşısında növbəti kapitulyasiyaya (red: ilk kapitulyasiya aktı 2020-ci ilin 10 noyabr tarixində baş verib) hazırlaşdığını düşünürlər: “Erməni politoloq Beniyamin Matevosyan, hərbi ekspert Davit Camalyan, ABŞ-da fəaliyyət göstərən “Kaliforniya kuryer” qəzetinin baş redaktoru Harut Sasunyan iddia edirlər ki, Ermənistan hakimiyyəti gözlənilən ikinci kapitulyasiyanı həyata keçriməyə çalışır. Paşinyan Əliyevin göstərişlərini yerinə yetirməklə, öz postunu qorumağa çalışır. Sabah azərbaycanlılar geri qayıdarsa və Ermənistan “Qərbi Azərbaycan” olarsa, Əliyev Paşinyana deyəcək: hörmətli Nikol, mən səni Ermənistan vilayətinin qubernatoru kimi öz postunda saxlayıram. Paşinyan da məmnuniyyətlə buna razı olacaq”.

Sonda vurğulanır ki, Ermənistanın mövcudluğu Azərbaycanın haqlı tələblərinin yerinə yetirəcəyi təqdirdə olacaq: “Əks təqdirdə, bizim torpaqlarımız hesabına süni yaradılmış bu ölkə məhvə məhkumdur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında noyabrın 21-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Təhlil / 21.11.2024 22:34
İrəvandan Bakıya göndərilən “strateji saziş”in detalları: Nikolun planı nədir? - FOTO - VİDEO
Gündəm, Sosial / 21.11.2024 17:58
COP29-un 11-ci günü: Mavi Zona tədbirləri başlayıb – YENİLƏNİB - FOTO - VİDEO
Siyasi / 21.11.2024 13:35
Nikolun “strateji planı” – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 20.11.2024 22:59
“Ermənilər yəhudi məzarlarını qazıb, burada tapılan əşyaları yoxa çıxarıblar” - FOTO - VİDEO
Gündəm, Sosial / 20.11.2024 17:48
COP29-un 10-cu günü: Mavi Zona tədbirləri başlayıb – YENİLƏNİB - FOTO - VİDEO
Təhlil / 20.11.2024 15:47
Qarakənd faciəsini törədənlər cəzalandırılacaqmı? – TƏHLİL
Elm və təhsil, Siyasi / 20.11.2024 13:25
Qərbi Azərbaycanda yəhudi izi – ANONS - VİDEO
Gündəm, Siyasi / 20.11.2024 11:00
Deputat: “COP29 iqlim məsələlərinin olimpiadası hesab oluna bilər” - VİDEO
Hərbi, Siyasi / 20.11.2024 08:00
Qarakənd faciəsindən 33 il ötür - FOTO
Siyasi, Sosial / 19.11.2024 22:11
Ağcakənd, Ada, Adakut, Adamxan, Adamdərəsi, Adatəpə – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Siyasi / 19.11.2024 18:39
“Ermənistanda yaşayış kompleksləri kimlər üçün tikilir, azərbaycanlılar üçün deyilmi? - FOTO - VİDEO
Təhlil / 19.11.2024 17:34
Qərbin və Şimalın Cənubi Qafqazda toqquşan maraqları – TƏHLİL
Gündəm, Sosial / 19.11.2024 16:42
COP29-un doqquzuncu günü: Mavi Zonada tədbirlər davam edir - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 19.11.2024 13:27
Adatəpə – XIX əsrin əvvəllərində ləğv olunan kənd – ANONS - VİDEO
Müsahibə, Siyasi / 19.11.2024 13:09
Ermənistanda azərbaycanlılar üçün evlər tikilir? – ANONS - VİDEO
Müsahibə / 18.11.2024 21:47
“Qərbi Azərbaycan həqiqətlərini gənclərə daha çox çatdırmalıyıq” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 18.11.2024 17:46
COP29-un 8-ci günü: Mavi Zona tədbirləriYENİLƏNİR - FOTO - VİDEO
Təhlil / 18.11.2024 16:25
Paşinyan hökumətində yarpaq tökümü – TƏHLİL
Elm və təhsil / 16.11.2024 22:45
“Böyük skif mədəniyyətinin ilkin izləri Azərbaycandadır” - FOTO - VİDEO
Gündəm, Sosial / 16.11.2024 20:09
COP29-un 6-cı günü: Mavi Zona tədbirləri başa çatıb - FOTO - VİDEO
Elm və təhsil / 16.11.2024 14:53
Azərbaycanda böyük skif mədəniyyəti – ANONS - VİDEO
Maraqlı, Siyasi, Sosial / 15.11.2024 22:18
“Ermənilər əvvəllər özlərini “yaxşı dost” kimi göstərirdilər” - FOTO - VİDEO
Gündəm, Müsahibə / 15.11.2024 18:23
“Azərbaycan ekologiyasını minalarla zəhərləyən bir dövlət COP29-a hansı üzlə gələ bilərdi?” - VİDEO
Gündəm, Sosial / 15.11.2024 17:26
COP29-un 5-ci günü: Mavi Zona tədbirlərinə start verilib – YENİLƏNİB - FOTO - VİDEO
Təhlil / 15.11.2024 15:19
Makron və Borrelin siyasi iflası – Parisin boykot olunan COP29 çağırışı – TƏHLİL
Maraqlı, Sosial / 15.11.2024 13:16
Almaniyada yaşadılan xatirələr: Zabit Abdullayevin “Həyat Hekayəsi” – ANONS - VİDEO