Gündəm 01.06.2022 07:10

İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO

İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar “İrəvan Azərbaycanın tarixi torpaqlarıdır” adlı elmi-praktiki konfrans keçirilib.

Rakus.az xəbər verir ki, İrəvan Türk Cümhuriyyətinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda baş tutan konfransın məqsədi dünya ictimaiyyətinə tarixən azərbaycanlıların yaşadıqları İrəvan şəhərinin və ətraf bölgələrin 1918-ci ildə ermənilərə verilməsini, ermənilərin bu ərazilərdə törətdikləri vəhşiliklərini və azərbaycanlalıların öz ata-baba yurdlarında soyqırıma məruz qalaraq deportasiya olunmasını çatdırmaq idi.

Konfransda İrəvan Türk Cümhuriyyətinin nümayəndələri, ağsaqqallar, alimlər, tarixçilər, ziyalılar, elm adamları, müxtəlif təşkilatların nümayəndələri, gənclər iştirak edirdi. Konfransda “İrəvan Azərbaycanın tarixi torpaqlarıdır” adlı foto və kitab sərgisi də keçirildi. Konfransı İTC-nin Azərbaycan Respublikası üzrə səlahiyyətli nümayəndəsi İradə xanım Rİzazadə aparırdı.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şəhidlərimizin ruhuna dualar oxunmaqla onların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransda “İrəvan Azərbaycanın tarixi torpaqlarıdır” adlı video rolik göstərildi.

Məruzə ilə Qafqaz tarixinin Mərkəzinin direktoru, AMEA Hüquq və İnsan haqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynov, Azərbaycan Respublikasının əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent, DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, İnşaat Memarlıq Universitetinin nəzdində İnşaat kollecinin direktor müavini Muxtar Həsənov, “Ağrıdağ” Xeyriyyə cəmiyyətinin sədri Kamil Babayev, İTC Millət Şurasının üzvü Qələndər Muxtarlı, professor Lütviyyə Əsgərova, yazıçı Güləmail Murad, İTC Dövlət Şurasının sədri Paşa Həsənli, filologiya elmlər doktoru Lütviyyə Əsgərzadə, İTC üzvü , tarixçi Şahlar Hacıyev, İTC Millət Şurasının üzvü Ramazan Hüseynov, tarixçi-araşdırmaçı Xəqani İsmayıl, Rzayev Əməd, tarixçi Khulmann Gülbəniz, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Fatma Sofiyeva, yazıçı, ASKEF-in Azərbaycan və Orta asiya üzrə təmsilçisi Sona İsmayılova və başqaları çıxış etdilər.

Onlar qeyd etdilər ki, Rusiya imperiyasının çökməsi ilə yaranmış Zaqafqaziya Demokratik Federativ Respublikası 26 may 1918-ci ildə süqut etdi və Cənubi Qafqazda müstəqil dövlətlərin formalşması prosesi başlandı.Yalnız iki xalqın, azərbaycanlıların və gürcülərin dövlət yaratmaq üçün tarixi etnik-ərazi bazaları və bu ərazilərdə dövlətçilik ənənləri vardı. Ancaq XIX əsrdə imzalanmış Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən Çar Rusiyası tərəfindən Qacariyyə və Osmanlı dövlətlərinin ərazisindən Cənubi Qafqaza köçürülüb gətirilmiş və əsasən Azərbaycan torpaqlarında yerləşdirilmiş ermənilərin Cənubi Qafqazda ərazi bazaları və dövlətçilik ənənələri yox idi. Beləliklə də Cənubi Qafqazda erməni dövləti yalnız azərbaycanlıların və gürcülərin torpaqları hesabına yaradıla bilərdi. Yuxarıda da qeyd edildiyi kimi 1918-ci ilə qədər Cənubi Qafqazda erməni dövləti mövcud olmamışdı. Ona görə də 1918 ci ilin 29 may tarixində İrəvan şəhəri və ətrafındakı bölgələr 9000 kv.km ərazi ermənilərə verildi. Onlar tarixi Azərbaycan torpaqlarında Erməni dövləti yaratdılar. Ermənilər 11 may-4 iyun 1918-ci il tarixində apardığı danışıqların nəticəsi olaraq və Batum razılaşmasına əsasən bir çox öhdəliklər götürdülər. Ancaq sonradan bu öhdəliklərin heç birini yerinə yetirmədilər. Artıq Güney Qafqazda baş verən hadisələr və erməni tərəfinin vandallığı nəticəsində Batum  razılaşmasındakı bir çox müddəalar reallaşmadı. Sovet Rusiyasının yenidən Güney Qafqazı işğal etməsi və ermənlərə bir çox üstün hüquqlar verilməsi sayəsində Ermənistan Respublikasıın əraziləri Azərbaycan torpaqları hesabına 29 min km -ə qədər artırıldı. Bu ərazidə yaşayan müsəlman türk əhalisinin bir hissəsi soyqırıma məruz qaldı, digər hissəsi isə vəhşicəsinə qovularaq deportasiya olundu..

Çıxış edənlər İrəvan şəhərinin və ətraf bölgələrin ermənilərə verilməsinin yenidən tarixçilər tərəfindən araşdırılmasını, Batum razılaşmasına hüquqi qiymətin verilməsini, Azərbaycanlıların tarixi torpaqları olan əlavə 20 min km ərazinin və ümumiyyətlə indiki Ermənistan ərazisində yaşamış və oradan deportasiya olunaraq dünyanın hər yerinə səpələnmiş soydaşlarımızın məsələsinin dünya ictimaiyyətinə çatdırılmasını və onların geri öz dədə-baba yurdlarına qaytarılması məsələsinin gündəmə gətirilməsini göstərdilər.

Sonda “İrəvan Azərbaycanın tarixi torpaqlarıdır” ilə bağlı elmi-praktik konfransın iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə, Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, İslam Ölkələri Əməkdaşlıq Təşkilatına, Türk Dövlətləri Birliyinə, dünya ölkələrinin Azərbaycan Respublikasındakı səfirliklərinə və digər beynəlxalq təşkilatlara göndəriləcək bəyanat qəbul olundu.  

Məlumatı İrəvan Türk Cümhuriyyəti mətbuat mərkəzi yayıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO