Maraqlı 03.04.2019 16:00

NAZİRLİK İsmayıl Şıxlı ilə bağlı planı təsdiqlədi

Prezident İlham Əliyevin 2019-cu il yanvarın 28-də imzaladığı Sərəncamla görkəmli nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunacaq.

Rakus.az xəbər verir ki, dövlət başçısının yazıçının 100 illiyi haqqında Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq edilib.

Nazirlikdən bildirilib ki, sənəddə ölkəmizin mədəniyyət müəssisələrində ədibin yubileyinə həsr olunan ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, kitab sərgisi və digər tədbirlərin keçirilməsi əksini tapıb.

May ayında Azərbaycan Dövlət Akademik Filarmoniyasında İsmayıl Şıxlının yubileyinə həsr olunmuş təntənəli gecə gerçəkləcək.

Yubiley ilində Mədəniyyət Nazirliyinin dəstəyi ilə yazıçısının kitabının nəşri, həmçinin Milli Kitabxana və nazirlik tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının çap olunması və təqdimatı, “Xalq yazıçı İsmayıl Şıxlı – 100” mövzusunda kitab sərgisinin təşkili nəzərdə tutulur.

Tədbirlər planında Azərbaycan Respublikasının Avstriya, Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri tərəfindən həmin ölkələrdə İsmayıl Şıxlının yubileyinə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi də yer alıb.

Mədəniyyət Nazirliyi, Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyi və “Qazax Xeyriyyə Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə “Xalq yazıçı İsmayıl Şıxlı – 100” adlı konfransın keçirilməsi planlaşdırılır.

Bakı Xoreoqrafiya Akademiyasında “Xalq yazıçısı İsmayıl Şıxlının yaradıcılığında tarixilik və millilik” mövzusunda elmi sessiyanın təşkili, Təhsil Nazirliyinin müəssisələrində yubileylə bağlı elmi konfrans, simpozium və seminarların keçirilməsi, məktəb kitabxanalarında İsmayıl Şıxlının bədii əsərlərinin oxusu və müzakirəsinin təşkili nəzərdə tutulur.

Yubiley ili ərzində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda, birliyin bütün filiallarında yazıçının anım gecələrinin keçiriləcək, AYB-nin mətbuat orqanlarında ədibin ömür yolu və yaradıcılığı ilə bağlı silsilə yazılar dərc olunacaq.

Xatırladaq ki, XX əsr Azərbaycan bədii nəsrinin inkişafında özünəməxsus yeri olan İsmayıl Şıxlı xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar silsiləsi yaradıb. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə hesab edilir. Yazıçının xalq yaradıcılığından güc alan əsərləri dərin həyat fəlsəfəsi və milli koloriti ilə oxucuların rəğbətini qazanıb. Üslub mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO