Ötən gün səhər saatlarından başlayaraq yağan qar İsmayıllının şimal dağlıq ərazilərini ağ örpəyə bürüyüb.
Rakus.az xəbər verir ki, rayonun Basqal və Lahıc qəsəbələrində, Tağlabiyan, Kəlfərəc, Mücü, Sulut, Xankəndi, Yuxarı Cülyan, Müdrü, Müdrüsə, Mulux, Nanıc, Vaşa, Daxar, Prirəqanım və Əhən kəndlərində qarın hündürlüyü 5-10 santimetrə çatıb.
Yağan qar heç bir fəsad törətməyib.
Sakinlər qarı böyük sevinclə qarşılayıblar. Onlar bu qar ruzi-bərəkətdir deyirlər.