Sosial 04.09.2019 11:58

İsmayıllının Əhən kəndi yeni inkişaf dövrünü yaşayır

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun sakinlərlə növbəti görüş-qəbulu Əhən kəndində keçirilib. Tədbiri giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial həyatı yeniləşdirən sərəncamları, gündəlik diqqəti və qayğısı sayəsində İsmayıllı, xüsusilə Əhən kəndinin yerləşdiyi dağlıq ərazi yeni inkişaf dövrünü yaşayır. Ölkə rəhbərinin sərəncamları ilə Dəmirçi-Lahıc asfalt yolu, Lahıca qaz kəməri çəkilib. Burada orijinal, Lahıcın memarlığına uyğun layihə əsasında yeni məktəb tikilib. Dağlıq ərazinin abadlaşdırılması, bu yerlərdə yeni infrastruktur layihələrinin həyata keçirilməsi, körpülər salınması, məktəblərin tikintisi davam etdiriləcək. Qaz xətti və asfalt yollar çəkilişi tədricən şaxələnib, çox yerləri əhatə edəcək. Yaxşı haldır ki, Əhənin özünüidarə və icra orqanları təşəbbüskar mövqe tutur, bələdiyyə yeni layihələrdə fəal iştirak edir. Kənd sakinlərinin təsərrüfat fəaliyyəti üçün lazımi şərait yaradılıb, yola çınqıl döşənərək nəqliyyatın hərəkəti üçün normal şərait yaradılıb, mərasim evinin tikintisinə başlanıb, köhnə bina əsaslı təmir olunaraq klub kimi istifadəyə verilib. Bütün bunlar bir daha onu təsdiq edir ki, Əhən kəndi, İsmayıllı bütövlükdə Dövlət başçısının çoxistiqamətli qayğısı və diqqətinin nəticəsi olaraq yeni inkişaf və zəngin sosial həyat dövrünü yaşayır.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sonda bir daha minnətdarlıqla bildirdi ki, hər bir Azərbaycan vətəndaşının sosial həyatının yüksəlişi üçün özünü məsul bilən cənab Prezident İlham Əliyev minimum əmək haqqının, büdcədən maliyyələşən işçilərin, dövlət qulluqçularının, müəllimlərin əmək haqqının sentyabr ayının birindən artırılması barədə Sərəncamlar imzalayıb. Bu artım 90 minə yaxın İsmayıllı əhalisinin 40 mindən çoxunu əhatə edəcək.

Mirdaməd Sadıqov sözü, təklifi, istəyi olan hər kəsi diqqətlə dinləyib, qaldırılan məsələlərə real vəziyyətdən doğan münasibətini bildirib.

 

Sakinlərdən bir nəfəri ünvanlı sosial müavinət istəyib. Ona məsləhət görülüb ki, özünüməşğulluq proqramına daxil olmaq üçün rayon məşğulluq xidməti mərkəzinə müraciət etsin.

Keçmiş sovxozun idarə binasını özəlləşdirmiş şəxs əmlakından istifadə edən təşkilatlardan icarə haqqı istəyib. Bu barədə aid sahə rəhbərlərinə tapşırıq verilib. Yaylaqdan söz düşəndə RİH-nin başçısı məsləhət görüb ki, oturaq heyvandarlığa keçmək zamanıdır. Yaylaqlardan arıçılığın inkişafı üçün istifadə etmək daha çox səmərə verə bilər. Təkrar olaraq qaz və asfalt yol çəkilişi barədə də xahişlər olub.

Görüş-qəbulun sonunda Əhən kənd ümumi orta məktəbinin ehtiyaclı şagirdlərinə məktəbli forması hədiyyə edilib.

 

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO