Təhlil 07.10.2024 16:37

İsrail-HƏMAS qarşıdurması – bir ili tamam olan dava – TƏHLİL

Avropada Rusiya-Ukrayna müharibəsi bitməmiş, Yaxın Şərqdə köhnə münaqişə ocağı yenidən alovlanıb. Oktyabrın 7-də bu münaqişənin 957-ci günüdür. Həmin tarixdə Qəzza zolağını idarə etməklə Fələstində ikihakimiyyətlilik yaratmış HƏMAS İsrailə hücum edib.

Həmin gün hücum səhər tezdən Qəzzadan İsrailin mərkəzinin raket atəşinə tutulması və minlərlə yaraqlının yəhudi dövlətinin ərazisini zəbt etməsi, müdafiə zolağını yarması, mindən çox dinc sakini, həmçinin yüzlərlə polisi öldürməsi ilə başlayıb. Həmin hücum nəticəsində yüzlərlə israilli və xarici vətəndaş əsir götürülərək zolaqda girov saxlanılır.

Rəsmi məlumatlara görə, HƏMAS 2023-cü il oktyabrın 7-də 251 nəfəri oğurlayıb. 2024-cü il sentyabrın 1-nə olan informasiyaya əsasən, hazırda 101 girov saxlanılır. Onların 97-si 2023-cü il oktyabrın 7-də, 4-ü isə 2014-cü ildə oğurlanıb. Girovlardan 84-ü kişi, 14-ü qadın, ikisi 5 yaşa qədər uşaqdır. Məlumata görə, girovların 39-u artıq sağ deyil. Həmin şəxslərin meyitləri Qəzzada HƏMAS tərəfindən saxlanılır (bura 2014-cü ildə oğurlanmış Adar Qoldin və Oron Şaul da daxildir).

2023-cü il noyabrın 24-dən 30-dək 81 israilli, 24 xarici ölkə vətəndaşı sərbəst buraxılıb.

Bir ildə hücumlar nəticəsində İsraildə 1 700 nəfər həlak olub, 15 min nəfər yaralanıb. Ölənlər arasında İsrail, ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Avstriya, Almaniya, Macarıstan, İrlandiya, İtaliya, İspaniya, Latviya, Litva, Portuqaliya, Rumıniya, Argentina, Çili, Peru, Paraqvay, Ukrayna, Rusiya, Azərbaycan, Belarus, Moldova, Braziliya, Çin, Hindistan, Şri-Lanka, Kamboca, Tailand, Filippin, Nepal, Cənubi Afrika, Sudan, Türkiyə, Özbəkistan, Qazaxıstanın vətəndaşları da var.

Məlumatlara əsasən, son 50 ildə İsrail bu sayda itki verməyib.

Bu, təxmini statistikadır. Müharibə bitəndən sonra çoxsaylı rəqəmlərin müəyyənləşəcəyi istisna edilmir.

Yəhudi dövləti yarandığı gündən ərəblər onu məhv etməyi hədəfləyib. Tərəflər arasında 12-dən çox müxtəlif motivli silahlı qarşıdurma olub. Bunlar nəticəsiz bitib. Başqa sözlə, ərəblər İsraili məhv edə bilməyib. Habelə müstəqil Fələstin dövlətinin tam olaraq tanınmasını təmin etməyiblər.

Ərəblərin savaşına 1979-cu il fevral inqilabından sonra İran hakimiyyəti də din-siyasi ideoloji iddia adı altında girişib. Bu “İsrailə ölüm!” şüarı adı altında regionda, o cümlədən, Fələstində HƏMAS, Livanda “Hizbullah”, İraqda “Kataib Hizbullah” və s. kimi siyasi-silahlı qruplar yaradıb.

Tehran hakimiyyəti bu kimi qruplar vasitəsi ilə həm bölgədə öz hegemonluğunu təmin etməyə, həm də regional aparıcı aktor olduğunu göstərməyə çalışır.

Oktyabrın 7-dək özünü müxtəlif şəkildə gizlədən, nəzərdən, diqqətdən kənarda qalmağa səy göstərən İran bu tarixdən sonra bir növ bütün planları, hərbi texnikası, tərəfdarları ilə ifşa olunub.

Bu tarixədək İran “Hizbullah”, HƏMAS, Yəməndəki husilər və başqalarının əli ilə İsraili vururdu. Ötən bir ildə isə Tehran iki dəfə aprel və oktyabrda İsraili raket atəşinə tutub.

Birinci hücumu apreldə Dəməşqdə İranın diplomatik missiyasının İsrail tərəfindən vurulduğunu əsas göstərərək edib.

İkinci hücumu isə Tehran oktyabrın 1-də reallaşdırıb. Bildirib ki, bu, HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Həniyənin öldürülməsinə cavab tədbiridir.

Qeyd edək ki, İsmayıl Həniyə iyulun 31-də Tehranda öldürülüb. İran isə İsrailə ikinci raket hücumunu bu hadisədən iki ay sonra edib. Əslində isə bu “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsinə cavab idi. Çünki bu qruplaşmanın başçısı öldürüldükdən sonra Tehran rəsmiləri buna cavab verəcəklərini bildirirdi.

Çünki bu halda İran İsrail ərazisinə təcavüz etmiş sayılır.

Bütün hallarda Tehran ötən 45 il ərzində etmədiyni bir ildə törədib. İsrail isə onun iki hücumunu hələ cavabsız qoyub.

Bununla belə İsrail Müdafiə Ordusu Livana quru əməliyyatı başlayandan “Hizbullah”ın 450 üzvünü, o cümlədən müxtəlif rütbəli və vəzifəli 30 komandirini öldürüb. Habelə “Hizbullah”ın yeni lideri Haşim Safuddinin də hava hücumu nəticəsində zərərsizləşdirildiyinə dair məlumatlar yayılıb.

Müxtəlif mənbələrdən yayılan informasiyalara əsasən, İranın beşdən çox generalı, habelə yüksək rütbəli zabitləri İsrailin Suriya, Livan və İraq ərazisində keçirdiyi əməliyyatlar nəticəsində öldürülüb.

Hətta İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) xaricdə fəaliyyət göstərən Qüds qoşunlarının komandanı general İsmayıl Kaaninin də İsrail bombardmanları nəticəsində öldüyünə dair məlumat yayılıb. Yeri gəlmişkən, onun xələfi general Qasem Süleymani 2020-ci ilin yanvarında ABŞ hərbçiləri tərəfindən öldürülmüşdü.

Müharibənin əsas tərəflərindən sayılan İran bu savaşda hələ ki uduzur.

Generalların itkisi, “Hizbullah”ın Livanda lidersizliyi, HƏMAS-ın Qəzza zolağından sıxışdırılması, habelə hərəkatın fəaliyyətinin məhdudlaşdırlması, İraq və Suriyada qüvvələrinə, bazalarına endirilən zərbələr İranın böyük itki verdiyini təsdiqləyən faktlardır.

İsrail xarici işlər naziri İsrael Katz “X” səhifəsində “Hizbullah”ın öldürülən liderlərinin şəkillərini paylaşaraq İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneyini etiketləyərək yazıb: “Proksilərini götür və Livanı tərk et!”

Bunu Tehrana özünə məxsus ultimatum kimi də qəbul etmək olar. İndiyədək İsrail-İran münasibətlərində belə hədələyici çıxışlar olmayıb.

Ötən bir ildə İranın nüfuzu da düşüb. Ölkə daha riskli ölkəyə çevrilib. İran iqtisadiyyatı xarici sərmayəçilər üçün əlverişsiz vəziyyətə düşüb. Bu isə İsrailin İrana atacağı mümkün bomba və ya raketdən daha təsirlidir.

Belə ehtimal olunur ki, mövcud riskləri azaltmaq üçün İran hakimiyyəti “qara bazar”da neft və təbii qaz satışının həcmini artıracaq.

Bu baxımdan beynəlxalq ictimaiyyətin bu istiqamətə diqqət ayıracağı istisna deyil.

HƏMAS-ın hücumu, “Hizbullah” və husinin onu müdafiə etməsi İsrailin əsas arxası sayılan ABŞ-nin Yaxın Şərqə əlavə qüvvə yeritməsinə, regionda əməliyyatlarda iştirakını artırıb.

Ştatlar birmənalı olaraq İsrailin atacağı addımı dəstəkləyəcəklərini, onu müdafiə edəcəklərini bildirir.

Bu müharibə ABŞ-yə Rusiya və Çinin davranışını, regionda rolunu müşahidə etmək üçün əlavə imkan yaradıb.

Məlumata görə, Rusiya İrana “S-400” zenit raket kompleksi verib. Bildirilib ki, Moskva Tehrana ölkəsinin hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək məqsədi ilə yardım edir.

Rusiya və Çin məsələyə açıq müdaxilə etməsə də, son zamanlar beynəlxalq səviyyəli aksiyalarda Moskva ilə Pekin bir mövqedən çıxış edir. İran-Rusiya münasibətlərinin nəzərə alsaq Yaxın şərqdə bu iki qüvvənin yerini müəyyənləşdirmək çətin olmaz.

İsrailin qonşusu Livan “Hizbullah”a görə yenə müharibənin episentrlərindəndir. 10 gündən artıqdır paytaxt Beyrut yenə atəş altındadır. Son günlər ölkə ərazisini minlərlə insan tərk edib. Livan İsraillə sərhəddən qoşunlarını çıxarıb.

Belə anlaşılır ki, rəsmi Beyrut “Hizbullah” məsələsinin həllində yəhudi dövlətini müdafiə edir.

Ancaq bu hadisələrdə müttəfiqlik və tərəfdarlıq məsələsində Fransa etibarsız çıxıb. Rəsmi Parisinin “həm axurdan, həm naxırdan yemək” taktikası uğursuzluğa düçar olur. Ötən gün Fransa prezidenti Emmanuel Makron “İsrailə silah tədarükünün dayandırılması” təklifi ilə çağırış edib.

İsrail hökumətinin Baş naziri Benyamin Netanyahu ona cavab olaraq deyib: “Sizinlə, yaxud sizsiz İsrail qalib gələcək. O əlavə edərək bildirib ki, bütün sivil xalqlar İranın qüvvələrinə qarşı döyüşən İsrailin yanında yer almalıdır. Baş nazir bildirib ki, Makron və bəzi qərb liderləri İsrailə silah embarqosu tətbiqinə çağırış edir: “Onlara ayıb olsun!”

Bu baxımdan birillik müharibə Yaxın Şərqdə, özəlliklə Livanda möhkəmlənmək istəyən Fransanın mövqeyini laxladır. Perspektivdə onun regionda söz sahibi olaraq qalacağı ehtimalı azalır. Makron bu çıxışı ilə antisemit kimi davranıb.

Körfəzdəki Ərəb ölkələri iqtisadi əməkdaşlıq şurasının üzvləri bu hadisələrdə daha çox səbir nümayiş etdirir. Ona görə də belə anlaşılır ki, bu savaş ərəb-İsrail deyil, İran, ona bağlı silahlı qruplaşmalarla İsrailin savaşıdır. Ərəb dövlətləri müharibədən əvvəl yəhudi dövləti ilə münasibətləri genişləndirmək, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq etməyi planlaşdırırdı. Hətta, İsraili tanıyacaqlarına dair bəyanatlar da səslənirdi. İsrail hücum regionun gələcək təhlükəsizliyi üçün nəzərdə tutulan bu layihələrin dayanmasına səbəb olub.

Birillik müharibə din və Fələstin dövləti adından edilən bu kimi spekuliyasiyalara da aydınlıq gətirib.

Beləliklə, fələstinlilərin və livanlıların taleyini əllərində bayraq edənlər bölgəyə, onlara əmin-amanlıq deyil, yenidən qaçqınlıq, ölüm, qan gətirib. Dini təəssübkeşliyi, mədəniyyətlərin toqquşmasını bəhanə edənlərin regiondan çıxarılmasının vaxtı çatıb. Bunu birillik müharibə də təsdiqləyib.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Təhlil / 07.10.2024 16:37
İsrail-HƏMAS qarşıdurması – bir ili tamam olan dava – TƏHLİL
İdman / 07.10.2024 10:25
“Ardanış”, “Gənclər 2020”, “Turan” və “Göyçə” yarımfinala vəsiqə qazanıb - FOTO
Elm və təhsil, Maraqlı / 05.10.2024 22:02
“Albaniya konfederasiyasını quran və əsasını təşkil edən türklərdir” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 05.10.2024 14:12
Rənginə görə fərqlənən türk tayfaları – ANONS - VİDEO
İdman / 05.10.2024 09:15
Şəhid jurnalistlərin xatirə turnirində 1/4 oyunları bu gün başlayır - FOTO
Mətbuat, Siyasi / 04.10.2024 22:27
“Vertolyotla xilas edilən 4 aylıq körpənin tarixçəsi” - FOTO - VİDEO
Təhlil / 04.10.2024 16:16
Müxalifətçi Paşinyanın köhnələn KTMT şousu – TƏHLİL
Mətbuat / 04.10.2024 13:26
“Hallavar kəndinin son körpəsi” – Famil İbrahimovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 03.10.2024 22:08
Ermənistanın Azərbaycana vurduğu zərər 800 milyard dollar civarındadır - VİDEO
Elm və təhsil / 03.10.2024 17:24
Yaxşı təhsili olan insan həmişə parlaq qalır – Ardanış gəncləri ilə görüş - FOTO
Təhlil / 03.10.2024 16:03
Türk düşmənlərinə qoyulan heykəllər – İrəvanın destruktiv mövqeyi – TƏHLİL
Siyasi, Təhlil / 03.10.2024 14:03
“Paşinyan Azərbaycanın valisi olmağa hazırdır” – ANONS - VİDEO
Elm və təhsil / 02.10.2024 22:23
“Azərbaycandan tapılan maddi mədəniyyət nümunələrini dünya bazarlarında satırlar” - FOTO - VİDEO
Elm və təhsil / 02.10.2024 13:17
Ermənilər antik Alban qalasına necə od vurublar – ANONS - VİDEO
Siyasi, Sosial / 01.10.2024 22:20
Ağyarğan, Ağyoxuş, Ağyoxuş və Ağqıraq – türk tarixinin izi - FOTO - VİDEO
Hərbi, Video müsahibə / 01.10.2024 19:00
“Azərbaycan öz xalqının təhlükəsizliyini təmin etmək üçün silahlanır” - VİDEO
Hərbi / 01.10.2024 13:27
Ermənistan niyə və necə silahlanır? – ANONS - VİDEO
Siyasi, Sosial / 01.10.2024 12:19
“Qərbi Azərbaycanın Ağ rəngli yer adları” – ANONS - VİDEO
İdman / 01.10.2024 10:00
Turnirin 3-cü turun yaddaqalan MƏNZƏRƏSİ - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 30.09.2024 23:58
“Babamın qardaşının ailəsini ermənilər təndirə salıb yandırıblar” - FOTO - VİDEO
Gündəm / 30.09.2024 14:16
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib - FOTO
Mədəni / 30.09.2024 12:00
Azər Hüseynov Fəxri Fərmanla təltif olunub – SİYAHI
İdman / 30.09.2024 11:40
Turnirin 3-cü tur XÜLASƏSİ: epizodlar, növbəti oyunlar, xallar və bombardirlər - FOTO
İdman / 29.09.2024 09:56
“Gənclər 2020” və “Zəfər 44” növbəti mərhələyə çıxıb - FOTO
Mədəni, Sosial / 28.09.2024 22:57
“Qoros türk tayfalarının məskunlaşdığı qədim yaşayış yeri” - FOTO - VİDEO
Mədəni / 28.09.2024 10:06
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb