“İran yeganə ölkədir ki, Suriyada tamamilə uduzub və darmaduman olub” - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.
Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi siyasi ekspert Elçin Alıoğlu olub.
O, Yaxın Şərqdə, Suriyada vəziyyət, Bəşər Əsədin devrilməsindən sonra İran və Rusiyanın bölgədə zəifləməsi, ABŞ və İsrailin Yaxın Şərq siyasəti, Türkiyənin Yaxın Şərqdə güclənməsi, həmçinin bu hadisələrin Qafqaz bölgəsinə təsiri, eləcə də Bəşər Əsəd dövründə Suriyanın ermənipərəst mövqe nümayiş etdirməsindən danışıb: “Suriyanın günahı odur ki, orada təbii minerallar var. İran yeganə ölkədir ki, Suriyada tamamilə uduzub və darmaduman olub. Rusiya üçün isə Suriya əldən çıxıb. Suriyanın gələcəyi və inkişafı Ankaradan asılıdır. Ankara uzun müddətdir ki, öz sərhədlərində bir ovuc terrorçuya dözür. Suriyada yaşayan ermənilər türkləri, ərəbləri, xristianları sevmirlər. Nəticədə israillilər və türklər ortaq dil tapacaq, bu işdə Azərbaycan onlara yardım edəcək”.
Siyasi ekspert mürəkkəb geosiyasi vəziyyətdə İsrail-Azərbaycan, İsrail-Türkiyə münasibətlərini dəyərləndirib, Azərbaycanı bu çətin şəraitdə mahir naviqator, yeni geosiyasi oyunun fəal iştirakçısı ola biləcəyini bildirib.
Onun sözlərinə görə, Ermənistanı dəstəkləyən Makron Azərbaycana qarşı oynayır: “Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində də dedi ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Ümumiyyətlə, Makronun gəlişi çoxəsrlik mehriban qonşuluq münasibətlərini pozdu. Makron erməniləri dilənçiliyə, aqressivliyə, revanşizmə məcbur edir”.
E.Alıoğlu Zəngəzur dəhlizinin açılması, Ermənistanın Sülh sazişini imzalamaqdan boyun qaçırması və Qərbi azərbaycanlıların geri qayıtması məsələlərinə də toxunub: “Zəngəzur dəhlizi mütləq olacaq və Azərbaycan sülhün bərqərar olması üçün Ermənistanı məcbur edə bilər. Ermənilər bizim vətəndaşlığımızı qəbul etməklə Azərbaycanda qala bilərlər. Ermənistan üçün Avropaya gedən yol Türkiyədən başlayır. Azərbaycanlılar qovulma faciəsi yaşayan xalqlardan biridir. “Meşin dərili Böyük Ermənistan” ermənilərin böyük dərdidir”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə dekabrın 24-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.
«Иран – единственная страна, проигравшая «В пух и прах» в Сирии»
Сегодня на Бакинском телевидении подготовлен очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке
Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван был политический эксперт Эльчин Алыоглу.
Он рассказал о ситуации на Ближнем Востоке, Сирии, ослаблении Ирана и России в регионе после свержения Башара Асада, ближневосточной политике США и Израиля, усилении Турции на Ближнем Востоке, влиянии этих событий на Кавказский регион, а также отметил проармянскую позицию Сирии в эпоху Башара Асада: «Вина Сирии в том, что у нее есть природные полезные ископаемые. Иран – единственная страна, проигравшая «В пух и прах» в Сирии. Россия осталась у «разбитого корыта». Будущее и развитие Сирии зависят от Анкары. Анкара долго терпела кучку террористов у своих границ. Армяне, живущие в Сирии, не любят турок, арабов и христиан. Израильтяне с турками найдут общий язык, в этом им поможет Азербайджан».
Политический эксперт оценил израильско-азербайджанские и израильско-турецкие отношения в сложной геополитической ситуации и заявил, что в этих непростых условиях Азербайджан может стать умелым навигатором и активным участником новой геополитической игры.
По его словам, Макрон, поддерживающий Армению, играет против Азербайджана: «Президент Ильхам Алиев также заявил в интервью МИА «Россия сегодня», что Оружие, которое правительство Макрона поставляет Армении, это наступательное вооружение, смертоносное, которое представляет практическую угрозу для Азербайджана». В целом, приход Макрона испортил многовековые добрососедские отношения. Макрон принуждает армян к нищенству, агрессивности, реваншизму».
Э. Алиоглу также коснулся темы открытия Зангезурского коридора, отказа Армении подписать мирное соглашение и возвращения уроженцев Западного Азербайджана: «Зангезурский коридор будет неизбежен, и Азербайджан может прибегнуть к операции по «принуждению к миру». Армяне могут остаться в Азербайджане, приняв наше гражданство. Путь в Европу для Армении начинается через Турцию. Азербайджанцы – один из народов, переживших трагедию изгнания. «Великая Армения в шагреневой коже» -душевное терзание армян».
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.
Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.
А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.
Интервью транслировалось на русском языке 24-го декабря в 18:30 на YouTube-канале и в 19:30 на Baku TV.