Elm və təhsil 01.07.2019 02:23

İsveç alimlərinin 3D çapında böyük kəşfi

İsveçin Çalmers Texniki Universitetindən olan tədqiqatçılar ağacın unikal “ultrastrukturu”nu təqlid edən, əsasını ağac təşkil edən mürəkkəbdən istifadə olunmaqla 3D çapı aparatı yaradıblar.

Rakus.az xəbər verir ki, bu barədə Çalmers Texniki Universitetinin yaydığı xüsusi məlumata istinadla xəbər verir. Məlumatda qeyd olunur ki, alimlərin tədqiqatı ekoloji təmiz məhsulların istehsalını kökündən dəyişə bilər.

Ağacın təbii hüceyrə arxitekturasını təqlid edən yeni mürəkkəb indi ağacdan unikal xüsusiyyətlərlə alınan ekoloji təmiz məhsullar – geyim, qablaşdırma, mebel, səhiyyə və şəxsi gigiyena məhsulları yaratmağa imkan verir.

Oduncağın inkişaf üsuluna onun genetik kodu ilə nəzarət olunur. Bu, məsaməlilik, yapışqanlıq və möhkəmlik baxımından ona unikal xüsusiyyətlər verir. Lakin emal prosesinə çatdıqda oduncağın məhdudiyyətləri olur. Metal və plastik kütlədən fərqli olaraq o, əriyə və yüngülcə dəyişə bilər. Bunun əvəzində o, mişarlanmalı, daha sonra üzərində uzun iş prosesi aparılmalıdır. Bundan başqa, kağız, xəritə və parça kimi məhsulların hazırlanmasından ötrü oduncaq üzərində aparılan texniki proseslər ağac elementlərinin əsas ultrastrukturunu və ya arxitekturasını dağıdır. Lakin İsveç alimləri tərəfindən təqdim edilən yeni texnologiya faktiki olaraq, oduncağı 3D-çapının köməyi ilə sonda alınacaq məhsula uyğun yetişdirməyə imkan verir. Çalmers Texniki Universitetindən olan tədqiqatçılar oduncaq kütləsini əvvəlcədən nanosellüloz gelə çevirərək artıq 3D-də çap üçün mürəkkəbəoxşar maddə yaratmağa nail olublar.

“Bu, istehsal texnologiyasında böyük irəliləyişdir, bizə təbiət hüdudlarından kənara çıxmağa, yeni ekoloji təmiz məhsullar yaratmağa fürsət verir. Bu, o deməkdir ki, meşələrdə kəsilən oduncağın əsasını təşkil edən məhsulları bundan sonra 3D printerində daha qısa müddətdə çap etmək mümkün olacaq. Hazırda 3D çapında istifadə edilən metal və plastik maddələr bərpaedilən, davamlı alternativlə əvəz oluna bilər”, – deyə Çalmers Texniki Universiteti nəzdində Vallenberq elmi mərkəzində bu tədqiqata rəhbərlik edən professor Pol Qatenholm bildirib.

Bundan əvvəlki tədqiqatların daha bir nailiyyəti bitki hüceyrələrinin təbii komponenti olan qemisellülozun nanosellüloz gelə əlavə edilməsidir. Qemisellüloz yapışqan təsirinə malikdir, lazımi möhkəmlik verir. Analoji təbii liqnifikasiya prosesi sayəsində hüceyrə divarları əmələ gəlir. Yeni texnologiya tamamilə yeni imkanlar açır. İndi oduncaq əsasında məmulatı natural oduncaqla müqayisədə əhəmiyyətli dərəcədə qısa müddətə istehsal etmək və sifariş üçün “yetişdirmək” mümkündür. Pol Qatenholmun qrupu artıq qablaşdırmanın innovasiyalı konsepsiyası üçün prototip işləyib hazırlayıb. Alimlər, həmçinin tibb məhsulları və geyimləri üçün də prototiplər işləyib hazırlayıblar. Pol Qatenholmun texnologiya üçün nəhəng potensial gördüyü daha bir sahə kosmosda yerləşir. Bu sahə tərəfindən texnologiyanın bundan sonrakı inkişafı üçün ideal birinci təcrübə stendinin təqdim olunduğu ehtimal edilir. P.Qatenholm deyir: “Bitkilərin əsas materialı fantastik dərəcədə bərpaedicidir. Bu səbəbdən xammalı daha uzunmüddətli kosmik səyahətlərdə, ya Ayda, yaxud Marsda yerindəcə əldə etmək mümkündür”. Alimlər artıq öz texnologiyalarını Avropa Kosmik Agentliyində də uğurla nümayiş etdiriblər. Onlar, həmçinin “Florida Tech” və NASA ilə digər layihə, o cümlədən mikroqravitasiya şəraitində materialların sınağı üzərində çalışırlar.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO