Müsahibə 10.10.2020 10:46

İtaliyanın KİV-ləri Hikmət Hacıyevin müsahibəsini yaydı - FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın nüfuzlu “Askanews” xəbər agentliyinə müsahibə verib.

Rakus.az xəbər verir ki, müsahibə ayrıca olaraq istər video, istərsə də yazılı şəkildə “Askanews” agentliyinin internet səhifəsində yerləşdirilib. Həmin müsahibə İtaliyanın “Il Sole 24 Ore”, “Affari Italiani”, “Il Tempo”, “Libero Quotidiano”, “Quotidiano”, “Giornale d’Italia”, “MSN”, “Notizie Tiscali”, “Today.it”, “Notizie Yahoo”, “Finanze Yahoo”, “Timgate” və digər çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən də yayılıb.

Hikmət Hacıyev “İtaliya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda vacib rola malik ola bilər”, – deyə bildirib. Atəşkəslə bağlı beynəlxalq çağırışların çoxaldığı və beynəlxalq ictimaiyyətin Moskvada Azərbaycan və Ermənistan arasında keçirilən ilk görüşün qısa zamanda atəşkəsə nail olunacağına ümid edildiyi ərəfədə Prezidentin köməkçisi Şuşada kilsənin və mülki əhalinin bombalanması ittihamlarını rədd edib. O, müsahibəsində toqquşmaların dayandırılması üçün Azərbaycanın şərtlərini bir daha diqqətə çatdırıb.

Münaqişənin həlli üçün Ermənistandan öz işğalçı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasını və qoşunların çıxarılması ilə bağlı cədvəlin təqdim edilməsini gözlədiklərini qeyd edən Hikmət Hacıyev münaqişədə məsuliyyəti Ermənistanın daşıdığını bildirib. Şuşada kilsənin bombalanması ilə bağlı ittihamlara gəldikdə, Prezidentin köməkçisi bunun bir erməni təbliğatı olduğunu deyib.

“Azərbaycan xristian icması olan multikultural ölkədir və biz öz xristian irsimizlə fəxr edirik. Azərbaycan ordusu dini binaları, kilsələri və digər dini təsisatları hədəfə almır”, – deyə o vurğulayıb.

Hikmət Hacıyev qeyd edib ki, baş verənlərlə bağlı Ermənistan çoxlu ziddiyyətli məlumatlar təqdim edib:

“Hər şeydən öncə onlar deyirlər ki, bu, raket hücumudur. Kiləsinin tavanı dağılıb. Lakin kilsənin daxilindəki ikonalara zərər dəyməyib. Əgər bu raket zərbəsi olsaydı kilsənin daxilinə də zərər yetirərdi. Nəticədə, Ermənistan baş verənlərdən Azərbaycana qarşı təbliğat kimi istifadə edərək bütün dünya xristianlarını qəzəbləndirməyə səy göstərir. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra işğal edilmiş ərazilərdə bütün kilsələr və dini binalar bərpa ediləcək. Biz münaqişədə dinin istifadə edilməsinə qarşıyıq və baş verənlərlə bağlı bir daha bütün dünya xristianlarına təəssüfümüzü ifadə edir, lakin bunun nə Azərbaycan xalqının, nə də Azərbaycan dövlətinin günahı olmadığını bildiririk”.

Prezidentin köməkçisi münaqişənin həllinə münasibətdə beynəlxalq ictimaiyyətin, Rusiya və Türkiyənin, eləcə də xüsusi olaraq Cənubi Tirol modeli tətbiq edilmiş İtaliyanın roluna toxunub. O deyib ki, Türkiyə və Rusiya hər ikisi bizim qonşularımızdır və hər ikisi vəziyyətin gərginləşməsinə görə narahatdır. Bu ölkələri Avrasiya qitəsində vacib aktorlar hesab edirik. Onlar münaqişənin tam və qlobal həllinə töhfə vermək iqtidarındadırlar ki, bu da Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması və Ermənistanın işğalına avtomatik son qoyulması anlamına gəlir.

Hikmət Hacıyev deyib ki, sentyabrın 27-də hərbi əməliyyatların başlanmasından sonra ilk dəfə Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri görüşürlər:

“Beynəlxalq ictimaiyyət ən qısa zamanda atəşkəsin elan edilməsinə və 30 ilə yaxındır Qafqaz regionunu qeyri-sabit vəziyyətə salan münaqişə üzrə sülh prosesinin başlanmasına ümid edir. İnanırıq ki, İtaliya Minsk qrupunun üzvü kimi çox vacib rola malik ola bilər. Minsk qrupunun ilk sədri italiyalı Mario Raffaelli olub. O, çox yaxşı institusional yaddaş saxlayıb. Onunla gələcək format barədə müzakirələr etmişik.

Bizim üçün İtaliya modeli, Cənub Tirol çoxmədəniyyətli və linqvistik modeli ən yaxşı modeldir. Düşünürük ki, bu model Ermənistan və Azərbaycan münaqişəsinə də tətbiq edilə bilər. Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra ermənilər və azərbaycanlılar sülh şəraitində Azərbaycan sərhədləri çərçivəsində muxtariyyət altında birgə yaşaya bilərlər. İtaliya, eyni zamanda, Avropa İttifaqının məsuliyyətli üzvüdür və Azərbaycanın strateji tərəfdaşıdır. Gözləntimiz İtaliyanın daha vacib rolu həyata keçirməyə davam etməsidir”, – deyə Prezidentin köməkçisi fikirlərini yekunlaşdırıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO