Gündəm 06.10.2023 20:01

“Vətənə qayıdanda quruyan bulaqlardan su təzədən gələcək” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, “Gedib hətta itim ölən yeri ziyarət etmək istəyirəm” adlı veriliş Qərbi Azərbaycanın, Vedibasar mahalının, Vedi rayonunun Arazdöyən kənd sakini, Əməkdar artist Aydın Əliyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərindən, oxuduğu orta məktəbə necə qəbul olunmasından danışıb: “Mən ilk dəfə Arazdəyəndə 1961-ci ildə məktəbə gəldim. Yeddi yaşım olmamışdı deyə, məni məktəbə götürmək istəmirdilər. Bizə ikinci, üçüncü sinifdən sonra erməni dili və rus dili dərsi keçirdilər. Kəndimizdə 3-4 millət var idi. Ermənilər və azərbaycanlı uşaqlar, müsəlman uşaqlar həmişə bir yerdə yığışardıq, top oynayardıq. Sonra nərd oynayar, qarmon, nağara çalardılar. Musiqi günlərimiz də olurdu. Məktəbin yanında şumluq var idi, orada at çapardıq, at, güləş, voleybol, futbol yarışları keçirərdik. Həmişə Cermux, Vedinin Çimən zonasından  Böyük Çimən dağına qalxardıq. Çox gözəl yaylaqlarımız var idi. Araza qarışan suda balıq tutardıq, quzu otarardıq”.

Kəndi tez-tez yuxuda gördüyünü, erməni daşnakların məkrli hərəkətlərindən söz açıb: “Ermənilər gəlib açıqca deyirdilər ki, buradan köçün gedin. Elə oldu ki, mən o vaxtlar texnikumu qurtarandan sonra İrəvan teatrında işlədim, 1981-ci ildə İncəsənət İnstitutunu qurtardım.  1985-ci ildə təzədən kəndimizə qayıtdım və təzədən İrəvan Teatrına getdim. Bizi  çox sıxışdırırdılar. 1988-ci ilin sonu 1989-cu ilin əvvəlləri o teatrı tamamilə yandırdılar”.

Onun sözlərinə görə, atasıgilin oradan çox çətin vəziyyətdə qaçıb: “Oradakı ermənilər öz ermənilərinə deyirdilər ki, evləri almayın, onsuzda azərbaycanlılar gedəcəklər, pullarını verməyin. Həttə onlar postdan keçəndə nələri var idi əllərindən almışdılar. Son günlər evlərə gecə hücum edirdilər, evləri talayırdılar. Hazırlanmış dəstələr var idi, bir-bir kəndlərə gəlirdilər, camaatı o vəziyyətə salırdılar ki, camaat çıxsın getsin. Çoxu Sədərəyə qaçmışdı. Erməni vəhşiliyini çox gördük. Pənah əmini ermənilər zəhərlədilər öldürdülər, əmim Bəhlul kişini İrəvanda hamamda boğub öldürdülər, xalamın əri Məhəmmədəli kişini öldürdülər. Ermənilər bizimkiləri şərləyib tutdururdular”.

Əməkdar artist gec-tez doğulduğu ata-baba yurduna qayıdacağına əmin olduğunu vurğulayıb: “Bu vəziyyəti bizə dövlətimizin başçısı yaratdı.  Biz ona qədər, son illərə qədər, o 44 günlük müharibəyə qədər  heç fikirləşmirdik. Biz öz yurdumuza-yuvamıza qayıdacağıq. O yerlər mənim üçün çox əzizdir. Orada qohumlarımın, əqrabalarımın qəbirləri var. İnşallah, arzumuza çatacağıq. Vətən bizimdir bizim də olacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 6-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO