İyunun 5-i Beynəlxalq Ətraf Mühit Günüdür
İyunun 5-də Beynəlxalq Ətraf Mühit günü qeyd olunur.
Rakus.az xəbər verir ki, bu ilin mövzusu hava çirklənməsidir.
BMT-nin insan haqları və ətraf mühit üzrə xüsusi məruzəçisi David Boyd ölkələri hava keyfiyyətini yaxşılaşdırmağa, insan haqları öhdəliklərini yerinə yetirməyə çağırıb.
D.Boyd bəyanatında deyib ki, çirklənməmiş hava sağlam ətraf mühit hüququnun əsas komponentidir. Bu hüquqa təmiz su, adekvat sanitariya, davamlı istehsal olunan ərzaq, zəhərli olmayan ətraf mühit, sağlam biomüxtəliflik, təhlükəsiz ətraf mühit də daxildir.
BMT təmsilçisi builki Beynəlxalq Ətraf Mühit gününə ev sahibliyi edən Çinin cəhdlərini “uğur hekayəsi” adlandırıb. Çinin paytaxtı Pekinin adı son onillər ərzində çirkli havanın sinonimi sayılsa da, yerli və regional hakimiyyətlərin birgə səyləri nəticəsində son illər durum yaxşılaşıb.
Xatırladaq ki, hava çirkənlənməsi insanın yaratdığı problemdir, hər il dünyada bu problemdən yeddi milyon nəfər erkən ölür. Onlardan 600 min nəfəri uşaqlardır. Dünya əhalisinin 90 faizi çirkli hava udur.
Dünyada hər beş saniyədə çirkli hava səbəbindən bir nəfərin vaxtından qabaq dünyadan köçdüyü bildirilir.