İdman 19.12.2019 10:10

“Judo Club 2012”nin yeniyetmə cüdoçuları beynəlxalq turnirdə 11 medal qazanıblar - FOTO

“Judo Club 2012”nin yeniyetmə cüdoçuları beynəlxalq turnirdə 11 medal qazanıblar.    

Rakus.az xəbər verir ki, Gürcüstanın Zuqdidi şəhərində cüdo üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

Yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Dağıstan, İnquşetiya və Ermənistan komandasını təmsil edən 150-yə yaxın idmançı qüvvəsini sınayıb. 2003-2005, 2006-2007, 2008-2010-cu illər təvəllüdlü idmançılar arasında keçirilən yarışda “Judo Club 2012”nin yetirmələri də çıxış ediblər. Cüdo üzrə Azərbaycanın Əməkdar idman ustası, usta cüdoçular arasında dəfələrlə dünya və Avropa çempionu Zaur Paşayevin rəhbərliyi altında Gürcüstana yollanan komandanın heyətində klubun həkimi Məhəmməd Hüseynzadə və 28 idmançı yer alıb.

“Judo Club 2012”nin yetirmələri müxtəlif yaş qrupları üzrə yarışlarda uğurla çıxış edərək 3 qızıl və 8 bürünc medal qazanıblar. Qızıl medallara Nicat Eyvazov (34 kq), Ruslan Quliyev (42 kq) və Abduləziz Məmmədov (66 kq) layiq görülüblər. Klubun aktivinə bürünc medalları isə Mirmehdi Aslanlı (24 kq), Cavanşir Comərdov (38 kq), Amil Həsənov (42 kq), Riad Mustafazadə (42 kq), Mehdi Cəfərov (55 kq), Nurlan Abdullayev (60 kq), Polad Əhmədov (81 kq) və Orxan Ağayev (+87 kq) yazdırıb.

Klubun idmançılarının uğuru bununla da yekunlaşmayıb. Belə ki, yarışda iştirak edən “Judo Club 2012”nin üzvü Əli Arzumanlı (38 kq) turnirin ən texnikalı və nizam-intizamlı cüdoçusu adına layiq görülüb.

Xatırladaq ki, Əli Arzumanlı bu il Turkiyədə keçirilən Qaradəniz beynəlxalq turnirində 38 kq çəki dərəcəsində çempion adına sahib çıxıb.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO