İdman 05.11.2019 12:40

Karateçilərimiz AÇ-dan 8 medalla qayıtdılar - FOTO

Macarıstanın Monor şəhərində vado-kai karate üzrə 47-ci Avropa çempionatı keçirilib. 16 ölkədən 600-dən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan karateçiləri də mübarizə aparıblar. Qitə çempionatında ölkəmizi “Azərbaycan Vado-Ryu Karate-do” klubunun 10 idmançısı təmsil edib. Avropa Vado-Kai Karate-Do Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, Əməkdar məşqçi Gündüz Mahmudovun rəhbərliyi altında Macarıstana yollanan karateçilərimiz çempionatda uğurla çıxış ediblər. Təmsilçilərimiz müxtəlif yaş kateqoriyaları üzrə fərdi yarışlarda 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanıblar. 14-15 yaşlı idmançıların mübarizəsində çıxış edən karateçimiz Musa Məmmədov 63 kq çəki dərəcəsində qızıl medala sahib çıxıb. Komandamızın digər üzvü Fərid Ağayev (-76 kq) isə 16-17 yaşlı idmançıların yarışında fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Yığmamızın digər üzvü Rəsul Abbasov (-57 kq) 14-15 yaşlı idmançılar arasında yalnız finalda uduzaraq ikinci yeri tutub. Komandamıza digər gümüş medalları 16-17 yaşlı idmançılar arasında yarışan Abbas Dadaşov (-68 kq), Adil Quliyev (-76 kq) və 18-21 yaşlı idmançılar arasında çıxış edən Nuri Əliyev (-68 kq) qazandırıb. Digər təmsilçimiz Kənan Babayev (-68 kq) isə 16-17 yaşlı idmançıların mübarizəsində bürünc medala sahib olub.

Karateçilərimiz komanda yarışlarında da uğurla çıxış ediblər. Heyətində Kənan Babayev, Fərid Ağayev, Abbas Dadaşov və İlknur Əlipoladovun yer aldığı komandamız 16-17 yaşınadək idmançılar arasında birinci yeri tutub. Karateçilərimiz ilk görüşdə ev sahibləri olan Macarıstan komandasına qalib gəliblər. Növbəti mərhələlərdə İtaliya və Şotlandiya yığmalarından da üstün olan komandamız finala vəsiqə qazanıb. Həlledici görüşdə güclü Almaniya millisinə də qalib gələn yeniyetmə karateçilərimiz çempionatın komanda yarışlarının qızıl medalına sahib çıxıblar.

Xatırladaq ki, Macarıstana yollanan Azərbaycan yığmasının tərkibində təşkilatın kumite üzrə baş məşqçisi Namiq Pirverdiyev də yer alıb. Komandamızın heyətində yer alan milli dərəcəli hakimimiz Vidadi Mahmudov isə 47-ci Avropa çempionatında ədaləti qoruyub.

 

Azər Əlizadə

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO