II Avropa oyunları 27.06.2019 17:20

Karateçilərimiz Minskə yola düşdülər

Azərbaycan karateçiləri ikinci Avropa Oyunlarında iştirak etmək üçün Belarusun paytaxtı Minskə yola düşüblər.

Rakus.az xəbər verir ki, Azərbaycan Karate Federasiyasından bildiriblər ki, iyunun 29-30-da keçiriləcək karate yarışlarında ölkəmizi 7 idmançı təmsil edəcək. Roman Heydərov (kata), İrina Zaretska (68 kq) və Asiman Qurbanlı (+84 kq) iyunun 29-da mübarizə aparacaqlar. Nuranə Əliyeva (50 kq), Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq) və Rafael Ağayev (75 kq) iyunun 30-da tatami üzərinə çıxacaqlar.

Karateçilər Minskin “Çijovka Arena” kompleksində yarışacaqlar. Səkkiz idmançı iki qrupda mübarizə aparacaq. Hər qrupdan iki ən güclü karateçi yarımfinalda qarşılaşacaq. Qaliblər ikinci Avropa Oyunlarının qızıl, məğlub olan idmançılar isə bürünc medalı uğrunda mübarizə aparacaqlar. Hər çəki dərəcəsində Oyunların 8 iştirakçısından 6-sı idmançı təsnifat xalları ilə seçilib. Qalan iki karateçidən biri təşkilatçı ölkə, digəri isə Avropa Karate Federasiyası (EKF) tərəfindən təyin olunub.

Karate yarışlarını idarə edən ədalət təmsilçiləri arasında beynəlxalq dərəcəli hakim Cahangir Babayev də var. İdmançılarla bir yerdə Minskə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, baş katib Mirhəsən Seyidov, idarə heyətinin üzvü Fizuli Musayev, eləcə də baş məşqçilər Bahəddin Kandaz (kumite), Vahid Ayvazov (kata), böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və karateçilərin fərdi məşqçiləri də yola düşüblər.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO