İdman 14.08.2019 12:03

Karateçilərin beynəlxalq toplanışı başa çatdı

 

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəvəti ilə Bakıda Yaponiya, İran, Rusiya, Qazaxıstan, Gürcüstan, Çexiya və Türkmənistan milli komandalarının və klublarının üzvlərinin iştirakı ilə təlim-məşqlər təşkil olunub. Avqustun 5-dən 10-dək davam edən hazırlıq məşqləri yeniyetmə və gənclərdən ibarət karate üzrə milli komandanın baş məşqçisi Anar Allahverdiyevin rəhbərliyi ilə keçirilib.

Yeniyetmə və gənc karateçilərin iştirak etdiyi təlim-məşqlərə dünya, Avropa, Asiya çempionları kimi 70-dək titullu idmançılar cəlb olunublar. Dünya şöhrətli karateçimiz Rafael Ağayev də təlimdə yer alıb.

Qarşıdakı nüfuzlu turnirlərə hazırlıq xarakteri daşıyan təlim-məşqlərdə “Judo Club 2012”nin yeniyetmə və gənc karateçiləri də iştirak ediblər. Klubun təmsilçilərindən Fərid Ağayev, Fidan Dadaşova, Nuri Əliyev, Abbas Dadaşov təcrübələrini artırmaq imkanı əldə ediblər. Təlim-məşq toplanışı klubun istedadlı karateçiləri üçün böyük təcrübə olub.

Təlim məşq toplanışı ilə əlaqədar yeniyetmə və gənclərdən ibarət karate üzrə milli komandanın baş məşqçisi Anar Allahverdiyev klubun yetirmələrinin dünya səviyyəli idmançılarla birgə hazırlıq keçməsinin onlar üçün stimul olduğunu deyib: “Təlim-məşq toplanışı dünya çempionatına hazırlıq xarakteri daşıyır. Hazırlıq eyni zamanda yeniyetmə və gənc karateçilərimizin inkişafı ilə bağlıdır. Biz titullu karateçiləri Bakıya dəvət etməklə daha çox idmançımızın təcrübə qazanmasına nail olduq. Hazırlıqda “Judo Club 2012”nin yeniyetmə və gənc karateçiləri də iştirak edirdilər. Klubun idmançıları özlərini yaxşı tərəfdən göstərməyə nail oldular. Onlar məşqlərə çox həvəslə yanaşırdılar. Dünya səviyyəli idmançılarla məşq etmək klubun yetirmələri üçün böyük təcrübə və stimul oldu. Klubun istedadlı idmançılarından biri olan Fidan Dadaşova oktyabr ayında Çilidə təşkil olunacaq dünya çempionatında yığma komandanın heyətində yer ala bilər. Qeyd edim ki, dünya çempionatından əvvəl Macarıstanda “Budapeşt Open” turniri keçiriləcək. Dünya çempionatına hazırlıq xarakteri daşıyan bu yarış idmançılarımızın hazırlıq səviyyəsini yoxlamaq üçün bir sınaq olacaq. Burada özlərini yaxşı tərəfdən göstərən idmançılar yığmanın heyətində yer alacaqlar”.

Hazırlığın sonunda “Judo Club 2012”nin karate bölməsinin rəhbəri Gündüz Mahmudov və məşqçi Namiq Pirverdiyev klubun idmançılarını təlim-məşq toplanışına dəvət etdiyinə görə yeniyetmə və gənclərdən ibarət karate üzrə milli komandanın baş məşqçisi Anar Allahverdiyevə minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün qeyd edək ki, milli komandamız oktyabrın 24-27-də Çilidə təşkil olunacaq dünya çempionatında mübarizə aparacaq. Ona qədər isə yeniyetmə və gənc karateçilərimiz Macarıstanın paytaxtı Budapeştdə (14-15 sentyabr) beynəlxalq turnirdə mübarizə aparacaqlar.

Azər Əlizadə

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO