Elm və təhsil 05.04.2024 22:09

“Kəndimizə getsəm dizlərimi yerə qoyub torpağımı öpəcəm” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilər həmişə qoca, qadın və uşağa zülmlər ediblər” adlı veriliş Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kənd sakini Sədaqət Həsənovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıqda, orta məktəb illərində müxtəlif oyunlar oynadıqlarını deyib, məhəllə, bulaq, kəhriz, dağ, yaylaq, pir və meşədə gəzdiklərini, eləcə də Novruz bayramını el adəti üzrə çox gözəl keçirdiklərini xatırladıb: “Buğdadan qovurğa qovururduq. Zeynəb nənəm o qovurğanı kirkirə ilə çəkər və qovut hazırlayardı. Qovutu yumru-yumru edib Novruz adətləri ilə düzərdik. Nişanlı qızlar rəngli corablar toxuyub oğlanlara bağlayardılar. Əgər yenidən kəndimə getsəydim dizlərimi yerə qoyub torpağımı öpərdim. Qəbiristanlığa baş çəkər, yaylaqlarımıza, Miyanbutun zirvəsinə qalxar, pirlərə nəzir verərdim”.

Onun sözlərinə görə, deportasiya illəri çox çətin keçib: “1988-ci il noyabrın 12-si idi. Kəndə səs yayıldı ki, ermənilər gəlirlər. Orada rus zabitləri də var idi, guya bizi qoruyurdu. Amma bu, heç də belə deyildi. Cavanlarımız hər gecə dağların başına çıxıb camaatı qoruyurdular. O günləri xatırlayanda həmişə ağlayıram. Üç uşaq anası idim. Uşaqlar da körpə idi. Onların ikisini bir əlimdə, birini də bir əlimdə tutmuşdum. Hər gün ermənilər bizi qorxudurdular. Atışma səsləri edərək gəlirdilər ki, biz qorxaq. Biz 3 il qoruna bildik. 1991-ci il avqustun 8-dək cavanlarımız kəndi qorudu. Amma məcburən bizi o torpaqlardan qovdular. Biz Zəngilanın Vejnəli kəndinə getdik və orda palatkalara yerləşdik. Ordan da Bakıya gəldik”.

S.Həsənova həmişə kəndə qayıtmaq arzusunda olduğunu vurğulayıb: “44 günlük müharibədən sonra Qarabağ torpaqları alındı. İnşallah,  Nüvədiyə də gedəcəyik. Yuxularda da görürəm ki, gedəcəyik. İllərdir Vətənimin həsrətini çəkirəm. Vətən doğulduğun yerdən başlayır, orda  məskən salmalısan və torpağa dönməlisən. Orada babalarımız, nənələrimiz uyuyur, ailələrdən gənc uşaqlar uyuyur. Mən Nüvədiyə nəvələrimlə gedəcəm. Uşaqlıqda gəzdiyim, şıltaqlıq etdiyim, oynadığım yerləri nəvələrimə göstərəcəm. Nəvələrim də sevinəcək ki, biz artıq ata-baba yurdumuzdayıq. Gözəl kəndimizdə, bizim üçün darıxan kəndimizdə onun üçün darıxan ürəklər təsəlli tapacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş aprelin 5-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil, Sosial / 05.04.2024 22:09
“Kəndimizə getsəm dizlərimi yerə qoyub torpağımı öpəcəm” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 05.04.2024 13:45
“Nüvədiyə nəvələrimlə gedəcəm” – Sədaqət Həsənovanın “Həyat Hekayəsi” - VİDEO
Siyasi, Təhlil / 04.04.2024 22:51
“Ermənistan ərazisi 10 min kvadrat kilometrədək azala bilər” - FOTO - VİDEO
Siyasi / 04.04.2024 12:21
Ermənistan ətrafında çəmbər daralır – ANONS - VİDEO
Mətbuat, Sosial / 04.04.2024 11:40
Ardanış – o kənd bizim kəndimizdir - VİDEO
İqtisadi / 04.04.2024 11:15
Şəhanə Sarı: “ATMİA ölkəmizdə ilk dəfə İnşaat Həftəsinə start verib” - FOTO
Maraqlı, Siyasi, Sosial / 03.04.2024 22:10
“Qarakilsə niyə Sisavan və sonra Sisian adlandırıldı?” - VİDEO
Maraqlı, Sosial / 03.04.2024 12:39
Hayların 38 kəndi xarabalığa çevirdiyi rayon – ANONS - VİDEO
Maraqlı, Siyasi, Sosial / 02.04.2024 21:51
İrəvan şəhərində sensasiyalı tapıntı – xanın şəxsi əşyaları tapıldı - FOTO - VİDEO
Müsahibə, Mədəni, Video müsahibə / 02.04.2024 19:00
Ermənilər azərbaycanlıları qovaraq yeməklərini mənimsədilər - FOTO - VİDEO
Siyasi, Sosial / 02.04.2024 14:23
Erməni tədqiqatçı tapdığı əşyalarla saxta tarixi ifşa etdi – ANONS - VİDEO
Mədəni / 02.04.2024 13:14
“Erməni mətbəxini onlardan yaxşı bilirəm” – ANONS - VİDEO
Mətbuat / 02.04.2024 12:00
“Hamı hər şeyi görür, ağlı başında olanı aldatmaq olmur…”
Müsahibə, Video müsahibə / 01.04.2024 22:13
“Azərbaycanlılara ilk hücum İrəvandakı Bazar meydanında olub” – MÜSAHİBƏ - FOTO - VİDEO
Maraqlı, Sosial / 30.03.2024 21:48
Erməni generalının özbaşınalığına verilən cəza – Qərbi Azərbaycan Xronikası - VİDEO
Hadisə, Maraqlı, Mətbuat, Sosial / 29.03.2024 21:57
“İnsan yaşlandıqca Vətənin həsrətini daha çox çəkir” - FOTO - VİDEO
Hadisə, Maraqlı, Sosial / 29.03.2024 13:07
“Erməniləri döyürdük, qandan çox qorxurdular” – Tanırverdi Mustafayevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 28.03.2024 22:01
“Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaq, burada muxtariyyət yaradılacaq” - VİDEO
Hadisə, Siyasi, Sosial / 27.03.2024 22:33
Ermənilər Qafanda 118 azərbaycanlı kəndi necə məhv edib? - FOTO - VİDEO
Hadisə, Hərbi / 27.03.2024 13:30
Njde və Andranikin Qafan qətliamı – ANONS - VİDEO
Siyasi, Təhlil / 27.03.2024 12:21
Solovyova hər il 60 milyon dollara qədər büdcəni kim ayırır? - VİDEO
Mədəni, Sosial / 27.03.2024 11:38
Vətən yanğısı sönməyən Ardanış İcmasının Novruz tədbiri - FOTO
Maraqlı, Mədəni / 26.03.2024 21:47
Şumer mədəniyyətinin izləri Qərbi Azərbaycanda - FOTO - VİDEO
Müsahibə, Mədəni, Video müsahibə / 26.03.2024 19:19
“Ermənilər azərbaycanlılara həmişə yuxarıdan aşağı baxıblar”- MÜSAHİBƏ - VİDEO
Müsahibə, Mədəni / 26.03.2024 14:24
“Azərbaycanlıların həmişə ermənilərə yazığı gəlib” – ANONS - VİDEO
Maraqlı, Mədəni / 26.03.2024 13:02
Ermənilər qıpçaqların yazısını necə mənimsədilər? – ANONS