Siyasi 25.11.2019 16:22

Kiçik elmi işçilərin hakimiyyəti – Əli Əhmədov

Onlar böyük işlər üçün yaranmamışdılar

Prezident İlham Əliyevin Sumqayıt şəhərinin 70 illik yubiley təntənəsində Azərbaycanın müasir tarixi ilə əlaqədar səsləndirdiyi fikirlər, ələlxüsus 1992-93-cü illərdə hakimiyyətdə olmuş AXC-Müsavat hakimiyyətinin fəaliyyəti və vəzifə sahiblərinə verdiyi xarakteristika cəmiyyətdə xüsusi maraqla qarşılanıb. Tanınmış bir yazıçıya məxsus “sürünmək üçün yarananlar uça bilməzlər” aforizmi sözügedən hakimiyyətin təmsilçilərinin mahiyyətinə tamamilə uyğun gəlir.

Rakus.az xəbər verir ki, bunu Baş nazirin müavini, YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədov bildirib.

Qeyd edib ki, Sovet İttifaqı kimi nəhəng imperiyanın qəfil dağılmasını azacıq da olsa işə yarayan dünyagörüşlü və dövlətçilik təcrübəsinə malik lideri olmadan qarşılamağa məhkum olan Azərbaycan 1992-ci ildə hakimiyyətin, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “kiçik elmi işçilər” tərəfindən zəbt edilməsinə münbit zəmin yaratdı. Orasını da qeyd etmək yerinə düşər ki, bioqrafiyasında kiçik elmi işçilikdən savayı cəlbedici heç nə olmayanlar o zamankı hakimiyyətin elitası sayılırdı. Yerdə qalanlar isə kiçik elmi işçilərə həsəd aparanlar idi. Sonuncuların hakimiyyətdə təmsil olunmaq hüququ meydanlarda keçirdiyi günlərin sayına proporsional olaraq tanınırdı.
Hakimiyyətin zəbt olunması prosesində atılan ilk addım prezident administrasiyasından tutmuş bütün mərkəzi və yerli hakimiyyət orqanlarının inzibati binalarının zorla boşaldılması oldu. Meydandakılar (əlbəttə, səmimi hisslərlə xalq hərəkatına qoşulan çoxsaylı insanlardan söhbət getmir) həmin binalarda kabinetləri tutdular, özləri özlərini vəzifə sahibi elan etdilər. Kim hansı kabineti tuta bildisə, oldu həmin vəzifənin sahibi. Bu məqamda mərhum Prezident Heydər Əliyevin məşhur bir kəlamı yada düşür – kamaz şoferləri rayonların icra başçıları oldular.
Ali vəzifələrdə oturanlar isə kiçik elmi işçilər idi. Baş nazir kiçik elmi işçi, parlamentin sədri – kiçik elmi işçi, müdafiə naziri Texniki Universitetin müəllimliyindən savayı heç bir iş təcrübəsi olmayan təsadüfi adam. O zamankı hakimiyyət iyerarxiyasında kifayət qədər yüksək vəzifə sayılan dövlət katibi postuna isə universiteti yenicə bitirmiş Əli Kərimov yiyələndi. Bu, onun ilk iş təcrübəsi idi. Universitet auditoriyasından birbaşa çox yüksək dövlət vəzifəsinə təyinat almaq nümunəsinə heç bir dövlətdə, normal hakimiyyətlərin hansındasa rast gəlmək mümkün deyil. AXC-Müsavat hakimiyyətində isə bu anormallıq adi praktika idi. Başqa bir misal olaraq onu deyə bilərəm ki, Xarici İşlər Nazirliyinin idarə rəisi kimi kifayət qədər məsul və xüsusi təcrübə tələb edən bir vəzifəyə Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi təyin edilmişdi.
Təsadüfi, naşı, bir sıra hallarda mənəvi keyfiyyətləri ikrah yaradan insanların hakimiyyətdə total şəkildə təmsil olunmasının nəticəsi özünü çox gözlətmədi. Sözün həm məcazi, həm də birbaşa mənasında AXC-Müsavat hakimiyyətinin yaratdığı acınacaqlı mənzərəni orta və yuxarı yaşlı insanların yaxşı xatırladığını düşünürəm. Çünki o zamankı xaos və anarxiyanı, fabrik və zavodların bağlanması nəticəsində yaranan kütləvi işsizliyi, çörək növbələrini, 1600 faizə çatan inflyasiyanı, hazırlıqsız gənclərin küçələrdən ovlanaraq cəbhə xəttinə göndərilməsini və çoxsaylı mənasız ölümləri, tüğyan edən separatizmin Azərbaycanın bütövlüyünə yaratdığı real təhlükələri və sair buna bənzər yaramazlıqları unutmaq mümkün deyil. Təəccüb doğuran odur ki, bu qədər dərin böhranı və dağıntıları onlar cəmi bir ildə necə edə bildilər. Görün nə qədər yırtıcı, dağıdıcı olmaq lazımdır ki, 13 ayın ərzində ölkəni bütünlüklə defolt və parçalanmaq həddinə çatdırasan.
Qeyd etdiyim kimi, nəticəni çox gözləmək lazım gəlmədi. Xalq ayağa qalxdı, ölkəni müsibətlərə salmış antixalq hakimiyyətini devirdi, Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Azərbaycan müsibətlərdən, parçalanmaqdan, müstəqilliyi itirməkdən xilas edildi.
Tariximizin bu acı həqiqətlərini bir daha xatırlamaqda fayda olduğunu düşünürəm. Çünki haqqında danışdığımız yarıtmaz hakimiyyətin uğursuz təmsilçiləri 26 ildən çoxdur müxalifətdə pusquda durub yenidən Azərbaycanın inkişaf, müasirləşmə, firavanlıq, əmin-amanlıq yolunun qarşısını almağa fürsət gözləyirlər. Ümidlərini 1992-93-cü illərin müsibətlərini görməmiş gəncləri aldadıb öz tərəflərinə çəkməyə, bir də Azərbaycana qarşı məkrli planlarını həyata keçirməyə çalışan bəzi xarici qüvvələrə bağlayıblar. Bunun adı isə xəyanətdən başqa bir şey deyil. Xəyanətin cavabı həmişə lənət olub, xalqın lənəti. Uğursuz hakimiyyətdən qalan uğursuz müxalifətin taleyi başqa cür ola bilməz.
1992-93-cü illərin yuxarıda sadaladığımız bəlalarının və yaramazlıqlarının alternativi bugünkü Azərbaycandır, onun gündən-günə artan iqtisadi qüdrəti, insanların yüksələn rifahı, ölkəmizin dünyadakı hörmət və nüfuzu, eyni zamanda heç kimin şübhə etmədiyi daha parlaq gələcəyidir. Bütün bunların mərhum Prezident Heydər Əliyevin və Prezident İlham Əliyevin gərgin əməyi, müdrikliyi, uzaqgörənliyi, habelə Azərbaycana bitməz-tükənməz sevgisi sayəsində ərsəyə gəldiyini insanlarımız yaxşı bilir və yüksək qiymətləndirir. Bugünkü iqtidarın gücü xalqın ona olan dərin inamında və etimadındadır. Hakimiyyət üçün bundan gözəl tale təsəvvür etmək mümkün deyil.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO