Kişi belə boşananda almet verməməlidir
Kişi uşağı olan qadınla evlənir və onunla rəsmi nikah bağlayır. Lakin o, uşağı övladlığa götürmür və soyadını vermir. Cütlük bir müddətdən sonra boşanır. Bu halda kişi həmin uşağa görə qadına aliment ödəməlidirmi?
Rakus.az xəbər verir ki, bununla bağlı vəkil Balabəy Məlikova bildirib ki, əgər kişi övladı olan qadınla nikah bağlayaraq uşağı övladlığa götürmür, soyadını vermirsə, boşandıqdan sonra qadına aliment düşmür: “Kişi uşağı övladlığa götürmədiyinə görə qadınla rəsmi şəkildə ayrıldıqdan sonra keçmiş həyat yoldaşına aliment vermir. Çünki kişi həmin uşağın atası sayılmır”.
Onun sözlərinə görə, uşağı olan qadınla evlənən kişi boşandıqdan sonra yalnız bir halda aliment verə bilər: “Uşaqlı qadınla evlənən kişinin boşandıqdan sonra aliment veməsi üçün həmin uşağı övladlığa götürməsi lazımdır. Yalnız bu halda qadın məhkəməyə müraciət etməklə keçmiş ərindən aliment ala bilər”.