Maraqlı 09.06.2023 20:36

Kişi paltarı geyinən qadın erməni zülmündən necə qurtuldu? - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, Ermənilərin Hamamlıda ikrah hissi yaradan əməlləri” altbaşlıqlı veriliş Qərbi Azərbaycandan deportasiya edilmiş, Pəmbək mahalının Hamamlı (indiki Spitak) rayonunun Saral kənd sakini Şəmsiyyə Mustafayevanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və gənclik illərinin o kənddə keçdiyini bildirib, yaddaşında qalan epizodlar, sevindirici və kədərli hallardan söz açıb: “Atam həmişə bizə oxumağı öyrədirdi, oxumağa meyliliyi  təbliğ edirdi və həmişə sözarası deyirdi ki, siz hələ bu ermənilərin iç üzünü görməmisiniz. Ona gör siz mütləq oxumalısınız və oxuyandan sonra siz onların bizə qarşı olan hislərini duya bilərsiniz. İllər keçdikcə mən böyüdüm, Bakı Dövlət Universitetini bitirdim, orada, öz kəndimizdə kitabxanada müdir işləyirdim və ermənilərlə əlaqəm olurdu. Bu zaman doğrudanda onların bizə tam fərqli, həmişə bizi aşağılamağını, həmişə bizə qarşı ikili xarakter daşımaqlarının şahidi olurdum”.

Ş.Mustafayeva özünün başına gələn hadisələrdən, ermənilərin azərbaycanlılara qarşı nifrətindən bəhs edib: “Avtobuslarda həmişə bizə qarşı ikrah hissi yaranırdı. Ermənilər əyləşəndən sonra axırda bizə yer verirdilər. Dükanlarda, mağazalarda çətin tapılan malları ermənilər  almayanadək bizə heç nə vermirdilər. Türkləri orada 2-ci, 3-cü dərəcəli adam kimi sayırdılar. 1988-ci ildə orada işləyirdim. Hadisələr baş verəndə zəlzələ oldu. Mən kişi paltarı geyinirdim ki, erməninin əlinə keçəndə məni qadın kimi öldürməsinlər. Mən kişi kimi ölüm, arxadan vursunlar”.

Saral sakini kövrələrək orada əzizlərinin uyuduğunu, qayıtmaq şansı olsa ora birinci gedəcəyini söyləyib: “Orada bizim ocağımız var. Armud ocağı deyilən bir ocağımız var. Əgər getsəm, mən orda dizin-dizin sürünərəm”.

Onun sözlərinə görə, 2023-cü ilin mart ayında Qayıdış Konsepsiyasının qəbul olunması hamımızı sevindirdi: “Mənim üçün bu konsepsiyanın yaranması mənəvi cəhətdən, ruhən dincəlməyimə səbəb oldu. Yəni biz öz dədə-baba torpaqlarımıza qayıtmaq şansını belə hesab edirəm ki, bir addım irəli atmış olduq.  Belə ümid edirik ki, biz öz yurdumuza qayıdacağıq. Bu sözü mən dedikcə nə qədər niskilli olsam da, gözlərim gülür və həmişə sevinc içində yaşayıram”.

Şair təbiətli Ş.Mustafayeva Vətən həsrətini yazdığı şerlə ifadə edib:

Nalə qopdu, neçə qızdan-qadından,

Biz də daddıq ayrılığın dadından,

Heç çıxarmı hər bir kəsin yadından,

Fikrim, xəyalım yenə Saralı gəzir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 9-da saat 19:30-da Baku Tv-nin efirində və 20:30-da  Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm / 27.06.2023 14:11
Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib
Müsahibə, Video müsahibə / 26.06.2023 20:24
Azərbaycan Milli Şurasının qərarına qarşı çıxan 3 ziyalı - FOTO - VİDEO
Hərbi, Təhlil / 26.06.2023 12:02
Döyüşə-döyüşə yaranan Azərbaycan Silahlı Qüvvələri – TƏHLİL
Hərbi / 26.06.2023 10:00
Bakıda Silahlı Qüvvələr Günü münasibətilə hərbi yürüş keçirilib - VİDEO
Hərbi / 26.06.2023 08:02
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 ili tamam olur
Maraqlı, Video müsahibə / 23.06.2023 19:43
Qəzənfər kişi: “Ölüm də olsa gedib orada öləcəm” - FOTO - VİDEO
Müsahibə, Sosial / 23.06.2023 13:37
“Ermənilər evimi yandırdılar”- Qəzənfər kişinin həyat hekayəsi – ANONS
Sosial / 23.06.2023 11:13
Qala kəndində şəhid Ədalət İbrahimovun xatirə löhvəsi açılıb - FOTO
Siyasi, Təhlil, Video müsahibə / 22.06.2023 19:35
Qərbi azərbaycanlılar Ermənistan vətəndaşı olacaqlarmı? - FOTO - VİDEO
Dünya, Təhlil / 22.06.2023 17:30
İranda başa çatan hakimiyyət müddəti – aktiv görünən Rza Pəhləvi – TƏHLİL
Mədəni / 22.06.2023 15:18
“Şairlər yurdu, aşıqlar diyarı” – KİTAB TƏQDİMATI - FOTO
Siyasi / 22.06.2023 13:10
“Toponimlər müharibəsi” – Qərbi Azərbaycana açılan qapı – ANONS
Siyasi, Video müsahibə / 21.06.2023 19:36
Erməni girovluğunda qalan Göyçə mahalı - VİDEO
Maraqlı / 21.06.2023 13:22
Rus bolşevik imperiyasının Göyçə planı – ANONS - VİDEO
Mədəni, Video müsahibə / 20.06.2023 19:50
“Qaçqın düşən xalçaçılıq: Hallavar ilmələri” - FOTO - VİDEO
Sosial / 20.06.2023 18:57
“Ümumdünya Qaçqınlar Günü və Azərbaycanda qaçqın məsələsi” adlı tədbir keçirilib - FOTO
Mətbuat / 20.06.2023 13:38
Tanınmış media nümayəndələrinin qəfil ölüm TARİXLƏRİ - FOTO
Dünya, Təhlil / 20.06.2023 10:06
Avropa İttifaqının qrant fəaliyətində qərəz elementləri – TƏHLİL
Sosial / 20.06.2023 10:00
Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirilib - FOTO
Siyasi, Video müsahibə / 19.06.2023 19:50
“Sülh yolu ilə, təhlükəsiz qaydada Vətənimizə qayıtmaq istəyirik…” - FOTO - VİDEO
Təhlil / 19.06.2023 16:05
Fransadan qaynaqlanan erməni təxribatı – ortaq qərəzin nümayişi – TƏHLİL
Dünya, Siyasi / 18.06.2023 12:11
Azərbaycan-Pakistan münasibətlərinin çox maraqlı tarixi var – AÇIQLAMA
Mədəni / 18.06.2023 11:16
Yurdundan qovulan, minillik tarixi yaşadan Hallavar eli - VİDEO
Dünya / 17.06.2023 10:05
Zəngəzur dəhlizinin açılmasını İran niyə İSTƏMİR?… - VİDEO
Mədəni, Video müsahibə / 16.06.2023 19:40
Xanəli Nəbiyevin “Həyat Hekayəsi”: Erməni etiraf etdi ki, qələbə sizin olacaq - FOTO - VİDEO
Mədəni / 16.06.2023 17:43
Qərbi Azərbaycan İcmasında yazarların görüşü keçirilib - FOTO