Kişilər üçün bu qidalar faydalıdır – MƏSLƏHƏT
Qadınlar qədər kişilər də sağlam qidalanmağa, baxıma və pəhrizə ehtiyac duyurlar.
Rakus.az xəbər verir ki, kişilər üçün xeyirli olan qidalar bunlardır:
Yoqurt – Tərkibində B12 vitamini var. O, kişilərdə immuniteti artırır.
Manqo – Kalorisi azdır. Amma kişilərdə infarkt riskini azaldır, orqanizmdə A vitaminini artırır.
Qarağat şirəsi – Orqanizmin müqavimət gücünü artırır. Həm də qarağat şirəsi artıq piylərdən xilas olmaq üçün ən yaxşı vasitədir. Qarağat kişilərdə Hepatit C-yə yoluxma riskini də azaldır.
Kişiləri arıqladan qidalar:
· Cəfəri
· Balıq konservası
· Toyuq ciyəri
· Lobya
Qreypfrut – aparılan araşdırmalar nəticəsində məlum olub ki, hər dəfə yeməkdən sonra qreypfrutun yarısını yeyən kişilər 1 həftəyə 2 kiloqram arıqlayır.
Kişilərə məsləhət görülür ki, arıqlamaq üçün idman edərkən saat 16.00-dan 17.00-a kimi olan müddəti seçsinlər. Mütəxəssislərin dediyinə görə, günün bu saatında kişi orqanizmində temperatur yüksəlir. Bu da artıq piylərin əriməsinə kömək edir.