KİV nümayındələri Zəngilanda meşə ərazilərini gəzdilər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Zəngilan şəhərinə mediatur təşkil olunub.
Rakus.az xəbər verir ki, səfər zamanı jurnalistlər şəhərinin girişində meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçiriblər və erməni vandallarının törətdikləri vəhşiliklərin şahidi olublar.
Media nümayəndələri daha sonra rayonun Vənədli kəndi yaxınlığında qiymətli Araz palıdı meşə sahəsinə, həmçinin Sarıqışlaq kəndi yaxınlığında yerləşən “Zəngilan əhəng xammalı yatağı”na və Ördəkli kəndi ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə baxış keçirəcəklər.
Xatırladaq ki, səfərin məqsədi işğal dövründə Zəngilan rayonu ərazisində məhv edilmiş meşə sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, hidroqrafiyasına və digər təbii sərvətlərə baxışın keçirilməsidir.