Mətbuat 04.06.2019 04:45

KİVDF qəzet və jurnalistlər üçün müsabiqələr elan etdi

İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Rakus.az xəbər verir ki, Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açaraq gündəlik barədə məlumat verib. O, gündəliyə 2019-cu ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi və təsdiqinin və Fondun 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi elanının müzakirəsi və təsdiqinin daxil olduğunu deyib.

Fondun icraçı direktoru Vüqar Səfərli 2019-cu ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin iyunun 4-dən 27-dək “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası”nda əksini tapmış 19 istiqamət üzrə keçiriləcəyini bildirib. O bildirib ki, ictimai-siyasi qəzetlərin 2019-cu ilin II rübündə qüvvədə olmuş qayda əsasında – üç kateqoriya üzrə (gündəlik, günaşırı və həftəlik) maliyyələşdirilməsi təklif edilir.

İcraçı direktor bildirib ki, I kateqoriyaya əsasən, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin maliyyələşdirilməsi, onlara aylıq 20 min manat maliyyə yardımının ayrılması təklif edilir. İkinci kateqoriyaya əsasən, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin maliyyələşdirilməsi, onlara aylıq 10 min manat maliyyə vəsaitinin ayrılması məqsədəuyğun sayılır. Üçüncü kateqoriyaya əsasən, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlərin maliyyələşdirilməsi, onlara aylıq 5 min manat maliyyə vəsaitinin ayrılması təklif edilir.

Sonra məsələ ətrafında geniş müzakirələr aparılıb. Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən Bəhruz Quliyev, İntiqam Hümbətov, Ayaz Mirzəyev, Rasim Həsənov və Əvəz Rüstəmov KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı irəli sürülən təklifi qənaətbəxş qiymətləndiriblər. Müsabiqə elanı səsə qoyularaq yekdilliklə qəbul edilib.

Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Vüqar Səfərli bildirib ki, Fondun 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə elan edəcəyi ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin 2019-cu il iyunun 4-dən iyulun 12-dək 19 istiqamət üzrə keçirilməsi təklif olunur. Vüqar Səfərli müsabiqənin şərtlərinə əsasən I yerin qalibi üçün 500, II yerlər üçün 400, III yerlər üçün 300 manat mükafatın nəzərdə tutulduğunu vurğulayıb.

Müşahidə Şurasının üzvləri müzakirələr zamanı Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.

Daha sonra müsabiqənin elanı səsə qoyularaq yekdilliklə təsdiq edilib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO