Ukrayna futbol çempionatında Donetsk “Şaxtyor”unun dördillik çempionluq seriyası qırılıb.
Rakus.az xəbər verir ki, rumıniyalı məşqçi Mirça Luçeskunun çalışdırdığı “Dinamo” turnirin bitməsinə 3 həftə qalmış öz çempionluğunu rəsmiləşdirib.
Xatırladaq ki, hazırda iki klub arasındakı fərq 13 xala çatıb. Bununla da, paytaxt komandası 16-cı dəfə turnirin qalibi olub. Luçesku isə karyerasındakı 35-ci kuboku əldə edib.