Elm və təhsil 02.07.2019 04:45

Kosmosa səyahətdə inqilab – NASA atom saatı yaradır - FOTO

Gələcəkdə Günəş sisteminə səyahətin avtobus turları qədər adi hala çevriləcəyi ehtimal olunur.

Rakus.az xəbər verir ki, alimlərin fərziyyəsinə görə, astronavtları kosmosun dərinliklərinə aparan kosmik gəmilərdə quraşdırılacaq GPS sisteminə bənzəyən bələdçi atom cihazları planetlər və Ay arasında naviqasiyanı xeyli yüngülləşdirə bilər. Belə ki, bu gəmilər və peyklərdə ekstremal dəqiq vaxt göstərən yeni saatlara ehtiyac olacaq.

Bu cür saatın prototipi hazırlanıb və NASA-nın Dərin Kosmik Atom Saatı (DSAC) iyunun 24-də ilk uçuş testindən keçəcək. O, hazırda kosmik gəmilərin göyərtəsində quraşdırılan GPS cihazlarından 50 dəfə daha dəqiqdir. Saatda quraşdırılan antenalar planetlər arasında vaxtın dəqiq ölçülməsi və naviqasiyanın təkmilləşdirilməsi baxımından texnologiyanın ən yüksək nailiyyəti hesab olunur. Bundan başqa, DSAC daha portativdir və kosmik gəminin göyərtəsində çox yer tutmur.

DSAC-ın təqdimatı münasibətilə keçirilən mətbuat konfransında layihənin rəhbəri Gill Sobert deyib ki, mini atom saatlar kosmosun dərinliklərində naviqasiyanı ən mükəmməl şəkildə təmin edəcək. Florida ştatındakı Kanaveral burnundan saatın test uçuşuna buraxılmasından sonra alimlər onun Yerin aşağı orbitində birillik fəaliyyətini öyrənəcəklər. Bundan sonra DSAC kosmosun dərinliklərinə göndəriləcək.

Astronomlar kosmik gəmilərin naviqasiyasını yaxşılaşdıracaq bu saatın əsas xüsusiyyətinin antenalardan buraxılan siqnalların əks-səda prinsipi ilə çox uzaq məsafədəki kosmik cisimlərdən geri qayıtması və bu prosesin ani baş verməsi olduğunu bildirirlər. Atom saatı bu siqnalların ötürülməsinin saniyədə milyardlarla sürətlə baş verdiyini qeyd edirlər. Bu, Yerdən qəbul ediləcək siqnallara və kosmik gəminin yerinin dəqiq müəyyən edilməsinə da aiddir. Ən əsası, atom saatı ekipaja aparatın trayektoriyasını dəqiq müəyyən etməyə imkan verəcək. NASA-nın tədqiqatçısı Todd İlay bildirib ki, DSAC-ın sayəsində astronavtlar kosmik gəmini Yerdən təlimat almadan idarə edəcəklər.

Alimlər yeni texnologiyanın daha etibarlı olduğunu bildirirlər. Belə ki, rubidium neytral atomları ilə işləyən GPS cihazlarından fərqli olaraq, DSAC merkuri atomları və ionlarla şarj edilir. Sonuncuların yaratdığı elektrik sahəsi nəticəsində qarşıdakı baryerlər asanlıqla aşılır və DSAC daha uzunömürlü olur. Bundan başqa, GPS kosmik saatları Yerdəki komanda mərkəzindən iki gündə bir dəfə dəqiqləşdirməyə məruz qalır. Lakin yeni atom saatı uzun müddət dəqiq işləyə biləcək.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO