Sosial 13.10.2019 15:23

Köhnə maşınlara qadağalar artacaq

Köhnə maşınların tezliklə sıradan çıxarılması gündəmdədir.

Rakus.az xəbər verir ki, bunu avtomobil üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, bu ilin yanavar-avqust aylarında idxalın iki dəfə artması da məhz köhnə avtomobillərin tədricən istismardan çıxması ilə bağlıdır:

“İdxalın artmasının əsas səbəbi köhnə maşınların tezliklə sıradan çıxarılmasının gündəmdə olmasıdır. Çünki artıq bunula bağlı Prezident İlham Əliyev tərəfindən 5 illik dövlət proqram da təsdiqlənib. Buna əsasən yaxın vaxtlarda bu utilizasiya proqramı həyata keçiriləcək. Artıq insanlar da başa düşürlər ki, köhnə maşınlardan yaxa qurtarmaq lazımdır.

Qeyd etmək istəyirəm ki, taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin sayı artıb. Çünki bəzi taksi şirkətləri öz fəaliyyətini genişləndirir. Turistlər çox gəldikcə, artan tələbatı qarşılamaq üçün sərnişindaşıma şirkətləri mikroavtobusların sayını artırır. Bu səbəbdən də taksi şirkətləri üçün nisbətən ucuz və təzə maşınların alınmasına üstünlük verilir. Məsələn, Çin və Koreya istehsalı olan avtomobillərə taksi şirkətləri daha çox üstünlük verirlər. Mühərrikin həcmi az, ancaq təzə olduğu üçün insanlar artıq onlara keçid edirlər.

İdxaldakı artım bunlarla bağlıdır. Avtomobil idxalındakı artımlara hibrid və elektromobillərin idxalının da təsir edəcəyi gözlənilir. Bunun üçün gömrük rüsumlarına baxmaq lazımdır ki, o tipli avtomobillərin sayı artırılsın. Əhalinin də hibrid və elektromobillərə meyli var, ancaq rüsumlar digərlərindən fərqlənmədiyi üçün o avtomobillər az gətirilir”.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində ölkəyə 26 695 avtomobil gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 90 faiz çoxdur. Gətirilənlərin 24 088-i minik avtomobilidir. Bu rəqəm də 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə iki dəfə çoxdur. İdxal məbləğinə gəldikdə, həm avtomobillər, həm də ehtiyat hissələri üçün sərf olunan pul 749.131 milyon manatdır. Bu isə ötən ilin anoloji dövrünə nisbətən 35.3 faiz çoxdur. (Lent.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO