Koronavirusa yoluxmanın qarşısını almağın yolu açıqlandı
“Koronavirus heyvanlar arasında yaranaraq insana keçən bir xəstəlikdir. COVID-19-un yarasalardan insanlara keçməsi güman olunur”.
Rakus.az xəbər verir ki, bu sözləri Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev “Baku TV”nin canlı efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib.
O bildirib ki, artıq yarasalarla bağlı təhlükə önəmini itirib, çünki xəstəlik sürətlə insandan-insana keçməyə başlayıb:
“Xəstəliyin insanlar arasında hava-damcı yolu ilə, təmasla, qəbul etdiyimiz su, qida vasitəsilə belə yoluxması mümkündür. Bu səbəbdən gigiyenik qaydalara çox ciddi riayət olunması ən vacib şərtdir.
Ünsiyyəti minimuma endirməklə yoluxmanın qarşısını almaq mümkündür. Amma hava-damcı yolu ilə yoluxmadan qorunmaq üçün yeganə vasitə evdən çıxmamaqdır. Vətəndaşlardan bunları nəzərə almaları xahiş olunur”. (Oxu.az)