Koronavirusun müalicəsi varmı? – MÜSAHİBƏ
Yeni Koronavirus ilk dəfə 29 dekabr 2019-cu ildə Çinin Vuhan şəhərindəki dəniz məhsulları və canlı heyvan satan bir marketdə işləyən 4 nəfərdə və eyni günlərdə bu marketi ziyarət edən bir çox insanda ağciyər infeksiyası (pnevmoniya) əlamətlərinin aşkar edilməsi ilə gündəmi zəbt edib. Xəstələrdən alınan nümunələrin analizi nəticəsində 7 yanvarda, xəstəliyə səbəb olan virusun SARS (2002) və MERS (2012) kimi Koronavirus ailəsindən olduğu dəqiqləşib və virusa Yeni Koronavirus 2019 (2019-nCoV) adı verilib. 2019-nCoV genomunun SARS Koronavirusuna 70% bənzər olduğu bildirilib.
Koronaviruslar insanlar arasında xəstəlik yarada bilən, bəzi heyvan növlərində (pişik, dəvə, yarasa) aşkar edilə bilən geniş bir virus ailəsidir. Heyvanlar arasında yayılan Koronaviruslar zaman içində dəyişiklik göstərərək insana yoluxma qabiliyyəti qazana bilirlər və beləliklə insanlarda da görülməyə başlayıb. Ancaq bu virusların insanlar baxımından təhdid yaratması, insandan insana yoluxabilmə xüsusiyyətinin bilinməsindən sonra vəziyyətin daha ciddi olduğu və daha böyük epidemiyalara səbəb olabiləcəyi ehtimalı baxımından dünyada təşvişə səbəb olub. 2019-nCoV, Vuhan şəhərində canlı heyvan marketini ziyarət edənlərdə ortaya çıxan, insandan insana yoluxa bilən bir virusdur.
Xəstəlik neçə nəfərdə və harda görüldü? Neçə nəfər həyatını itirdi?
Dəqiqləşdirilən xəstə sayı yanvarın 24-nə olan məlumatlara görə, 830 insandır. Bunlardan 26-nın həyatını itirdiyi bildirilir. Yanaşı olaraq hələ dəqiq olaraq isbat edilmiş 1072 xəstənin də olduğu bildirilməkdədir. Xəstəlik Vuhan başda olmaqla və ordan yayılaraq Çinin 29 şəhərində, Japoniyada (1 nəfər), Honkonqda (2 nəfər ), Tayvanda (1 nəfər), Makauda (1 nəfər), Cənubi Koreyada (1 nəfər), Taylandda (3 nəfər), ABŞ-da (1 nəfər), Vyetnamda (2 nəfər) və Sinqapurda (1 nəfər) görülüb.
Xəstəliyin əlamələri hansılardır?
Xəstəlik, 2-14 gün davam edən inkubasiya dövründən sonra ani başlayan yüksək hərarət (39 dərəcə), öskürək və nəfəs almada çətinliklə özünü büruzə verir. Bəzi xəstələrdə boğaz ağrısı və burun axıntısının da olduğu görülür. Xəstəlik əsasən orta-ağır bir klinik seyr göstərir. Ağır formada xəstələnən və ölən insanların böyük qismi 65 yaşdan yuxarı, xroniki xəstəlikləri (ağciyər xəstəlikləri, orqan çatışmazlıqları, onkoloji xəstəliklər, diabet, immun sistemi zəiflədən xəstəliklər) olan insanları əhatə edir. Gənc və sağlam insanlarda xəstəlik nisbətən daha yüngül formada seyr olunur.
Xəstəlik necə yoluxur?
Yeni koronavirusun digər koronaviruslar kimi tənəffüs yolu ilə yoluxduğu düşünülür. Xəstə insanlardan öskürək, asqırma, gülmə, danışma zamanı ətrafa yayılan virusu daşıyan damlacıqlar, sağlam insanların selikli qişalarına təmas edərək bu insanların xəstələnməsinə səbəb olur. Xəstəliyin bu formada insandan insana yoluxması üçün yaxın təmas (1 metrdən yaxın) olmalıdır. Bu günə qədər 16 tibb işçisinin xəstələrlə təması nəticəsində xəstələndiyi, heyvan marketini heç ziyarət etməyən insanların da virusa yoluxduğu bildirilir. Bu əlamətlər 2019-nCoV-nin insandan insana yoluxa biləcəyinin göstəricisidir. Ancaq hələ yoluxmanın hansı səviyyədə olduğu bilinməməkdədir. Epidemiyanın necə seyr edəcəyini təsdiqləyən ən önəmli faktor virusun insandan insana nə qədər asan yoluxa biləcəyi və lazımi tədbirlərin nə qədər müvəffəqiyyətlə olunmasıdır. Bu günə qədər olan məlumatlara əsasən 2019-nCoV-nin qidalarla (ət, süd, yumurta və s.) yoluxmadığını demək olar.
Xəstəlikdən necə qorunmaq olar?
Xəstəlikdən qorunmaq üçün hər hansı peyvənd yoxdur. Bu səbəblə qorunmada hələlik ən effektiv yol virusla (xəstə insanlarla) təmasdan qaçmaqdır. Bu gün ölkəmizdə xəstəliyin yayılması ilə bağlı bir vəziyyətin olmadığı üçün cəmiyyətdə xüsusi bir tədbirin görülməsinə ehtiyac yoxdur. Ancaq tənəffüs yolu infeksionuna səbəb olan bir çox virusun (qrip, zökəm virusları və s.) insanların arasında yayılmaqda olduğu qış aylarında sadəcə, 2019-nCoV-dan deyil, digər bütün tənəffüs yolu xəstəliklərinə səbəb ola biləcək viruslardan qorunmaq üçün əl təmizliyinə diqqət edilməsi, təmiz olmayan əllərin göz, ağız və buruna təmas olunmaması çox vacibdir.
Təcili Yardım şöbələrində və xəstəxanalarda infeksiya nəzarəti necə olmalıdır?
Mikroorqanizmlərin yoluxma yolu və tezliyi hələ tam təsnif edilməməklə yanaşı, epidemiya ərazisindən gələn və uyğun kliniki tablosu olan xəstələrdə aşağıdakı infeksion kontrol tədbirləri yerinə yetirilməlidir:
-Xəstəni ən qısa zaman içində ayrı bir otağa (varsa hava yolu izolyasiyası üçün uyğun olan neqativ təzyiqli otaq tərcih olunmalı) yerləşdirilərək tənəffüs maska taxması və otağının qapısının bağlı olmasına diqqət edilməli.
– Xəstəyə baxan tibb işçisinin təmas və hava yolu izolyasiya qaydalarına əməl etməli və üzlə gözə qoruyucu istifadə etməlidir.
– Ən qısa zamanda Səhiyyə nazirliyinə xəbər verilməlidir.
Xəstəliyin müalicəsi varmı?
Bu gün üçün koronaviruslara təsir göstərdiyi isbatlanmış hər hansı bir dərman yoxdur. Bu səbəbdən xəstələrə şikayətlərini azaldacaq və əgər orqan zədələnməsi baş veribsə, zədələnmiş orqanın funksiyasını bərpasını dəstəkləyən müalicələr verilir. Ölkəmizdə son 14 gün içində Çinə səyahət etmiş və ya səyahət edənlərlə təmasda olan insanlarda temperatur, öskürək, tənəffüs çatışmazlığı kimi əlamətlər olarsa, mütləq ən yaxında olan xəstəxanaya müraciət etməlidirlər.