Siyasi 19.01.2024 17:43

Kremldən İrəvana ismarış: “Sərhədlərdən heç yerə getmirik” – TƏHLİL

Rusiya-Ermənistan münasibətlərində gərginlik qalmaqdadır. Rusiya xarici işlər naziri Sergey Lavrovun illik mətbuat konfransında səsləndirdiyi fikirlər də bu qənaətə gəlməyə əsas verir. O, İrəvan rəsmilərinin son günlər verdiyi bir sıra açıqlamaları da cavablandırıb. Həmin cavabların birbaşa və ya dolayısı ilə Azərbaycana da aidiyyəti var.

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, İrəvan da İran kimi eyni şərtlərlə Azərbaycanın digər əraziləri ilə Naxçıvan Muxtar Respublikası arasında quru yolla kommunikasiyaları təmin etməyə hazırdır. S.Lavrov bu açıqlamada məntiq görmədiyini deyib.

Nazir xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri N.Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları Üçtərəfli Bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iqtisadi-nəqliyyat əlaqələrinin açılması və Ermənistanın kommunikasiyaların təhlükəsizliyinə təminat verməsi yazılıb. S.Lavrov nəqliyyat əlaqələrinin bərpasının alternativi olmadığını, Üçtərəfli Bəyanatla parametrlərin müəyyən edildiyini vurğulayıb: “Marşrut Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nəzarəti altında Ermənistanın suveren ərazisindən keçir”. Onun sözlərinə görə, Azərbaycandan Ermənistana girişdə və əks istiqamətdə sərhəd və gömrük nəzarəti prosedurları prinsipcə razılaşdırılıb. Onun iddiasına görə, Azərbaycandan-Azərbaycana gedən yük Rusiya Sərhəd Qoşunlarının nəzarətindən keçməlidir.

Ermənistanın baş naziri isə bildirmişdi ki, Üçtərəfli Bəyanat artıq hüquqi qüvvəsini itirib.

Bu cavabla belə ehtimal etmək olar ki, S.Lavrov İrəvanla bağlı yayılan iki fikrə də münasibət bildirib. Moskva Ermənistanın Türkiyə və İranla dövlət sərhədini mühafizə edir. Son zamanlar Rusiyanın bu ərazilərdən çıxarılmasına dair müxtəlif fikirlər səsləndirilir. Hətta bu məqsədlə Almaniyanın rəsmi İrəvana maliyyə dəstəyi boyun olduğu da bildirilib. S.Lavrov bununla N.Paşinyan hökuməti rəsmilərinin və Ermənistandakı Rusiya Sərhəd Qoşunlarının çıxarılmasını istəyənlərin fikirlərinə də münasibət bildirib. O, məlum cavabı ilə rəsmi İrəvana “sərhədlərdən heç yerə getmirik”, “yol da razılaşdırılmış sənədə uyğun açılacaq” ismarışını verib.

Son illər Rusiya-Ermənistan münasibətlərinin korlanması məsələsi tez-tez gündəmə gətirilir. Düzdür, rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) münasibəti, Fransa ilə hərbi-siyasi istiqamətdə əlaqələri, əməkdaşlığı genişləndirməsi ilə bunu təsdiqləyir. Bununla belə, Ermənistan rəsmiləri Kreml liderləri ilə görüşlərdən sonra ikitərəfli əlaqələrin genişləndiyindən, Rusiya ilə xoşməramlı münasibətlərdən bəhs edirlər. Nazir bu iki ölkə arasında vəziyyətin bu həddə çatmasında İrəvanı suçlayıb: “Rusiya heç vaxt Ermənistanla münasibətlərin soyumasının təşəbbüskarı olmayıb”. Sergey Lavrov bildirib ki, Paşinyan hakimiyyətə gələnədək İrəvanı tərk etmək niyyətləri olmayıb.

O, baş nazir və komandasının müxalifətdə olduğu dövrdə anti-Rusiya çıxışlarına diqqət çəkib: “Siyasi proseslər, seçki kampaniyaları zamanı təşviqat apararaq KTMT-dən, Avrasiya İqtisadi İttifaqından çıxmağa çağırırdılar”. XİN başçısı Paşinyan hakimiyyətə gələndən sonra da Rusiyaya münasibətdə Ermənistanın mövqeyinin dəyişmədiyini bildirib.

Belə ehtimal etmək olar ki, S.Lavrov bununla Ermənistan cəmiyyətinə “Rusiya sizi atmayıb” ismarışını verib. Bu isə ölkədəki rusiyameyillilərə özünəməxsus ismarış da sayıla bilər.

O, Ermənistandan giley etməyi də unutmayaraq bildirib ki, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın toplantılarına Rusiya dəvət olunmur. Bu proses rəsmi İrəvanın Bakının təkliflərinə gec münasibət bildirməsi nəticəsində reallaşmır. Başqa sözlə, Ermənistan sərhədlərin müəyyənləşməsi, sülh sazişinin imzalanması kimi məsələlərə dair görüşlər keçirməyi müxtəlif bəhanələrlə gecikdirir. O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında irəliləyişin olmaması Qərbdən məsləhət alan İrəvanın mövqeyindən qaynaqlanır.

Yeri gəlmişkən, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu isə S.Lavrovun çıxışına cavab olaraq bildirib ki, Ermənistan Rusiyanın qarşısında geri çəkilməyə başlayır.

Ekspertlərin fikrincə, N.Paşinyan Moskva qarşısında artıq əyilir. Bildirilib ki, Rusiya mənbələri Moskvadan uzaqlaşdığına görə İrəvanın peşman olduğunu nümayiş etdirirlər.

S.Lavrovun hesabat xarakterli mətbuat konfransında Ermənistanla bağlı bir sıra istiqamətlər yer alıb:

– Rusiyadan uzaqlaşmağa görə məsuliyyəti Ermənistan daşıyıb;

– Delimitasiya ilə bağlı komissiyanın işinə dəvət olunmamaq məsələsini qabartmaqla Avropa İttifaqının mülki müşahidə missiyasının Ermənistandakı fəaliyyətinə işarə edib;

– Ermənistanın Qərb, o cümlədən Fransa ilə məsləhətləşməsini xüsusi olaraq vurğulayıb;

– İrəvanı Bakı ilə sülh prosesi istiqamətində fəaliyyətsizlikdə ittiham edib;

– Rusiyanın rəhbərlik etdiyi danışıqların daha perspektivli olduğunu vurğulamaqla Ermənistanı Moskvaya qarşı çıxmaqda qınayıb və s.

S.Lavrov son mətbuat konfransında Rusiyanın Ermənistanla münasibətlərinin normallaşması üçün rəsmi İrəvana ismarışlar da verib. O, əlaqələrin genişləndirilməsi üçün N.Paşinyanın düzəltməsi vacib olan məsələləri açıqlayıb. S.Lavrov həm də Rusiya-Ermənistan gərginliyinin aradan qaldırılması üçün İrəvana yol göstərib. Bu istiqamətdə ona səhvlərini düzəltməyi təklif edib.

Sədrəddin Soltan – “Report” İnformasiya Agentliyi

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 19.01.2024 17:43
Kremldən İrəvana ismarış: “Sərhədlərdən heç yerə getmirik” – TƏHLİL
Sosial / 19.01.2024 12:49
“Ermənilər kəndlərimizə atəş açırdılar” – Murad Məmmədovun “Həyat Hekayəsi” – ANONS
Dünya, Siyasi / 18.01.2024 20:38
Əliyev 100 illik xəritəni masaya gətirir – Qərbi Azərbaycan planının detalları - FOTO - VİDEO
Siyasi / 18.01.2024 14:07
Azərbaycanın xəritələri bir kənara qoymaq və sərhədi qarış-qarış müəyyən etməyi təklifi – ANONS - VİDEO
Maraqlı, Sosial / 17.01.2024 20:29
Ermənilərin 1905-ci ildə Ellər rayonunda məskunlaşma hiyləsi - FOTO - VİDEO
Siyasi / 17.01.2024 14:15
Gəlmə ermənilər Ellər rayonunu necə zəbt etdilər? -ANONS - VİDEO
Dünya, Siyasi / 16.01.2024 20:08
“Erməni alimlər öz tapıntıları ilə erməni yalanını ifşa etdilər” - FOTO - VİDEO
Mətbuat, Video müsahibə / 16.01.2024 19:53
“Ermənilər həqiqəti gizlətmək üçün Moskva kitabxanasından qəzet nüsxələrini oğurlayıblar” – MÜSAHİBƏ - FOTO - VİDEO
Maraqlı, Sosial / 16.01.2024 15:06
İrəvanın gerçək tarixi ermənilərin dili ilə – ANONS
Siyasi / 16.01.2024 14:39
“Qərbi azərbaycanlılar Xankəndiyə köçürülsünlər” – TƏKLİF
Dünya, Təhlil / 16.01.2024 14:32
Erməni ideoloqların və KİV-lərin tarixi təhrif etmə metodu – TƏHLİL
Müsahibə / 16.01.2024 13:05
Qaçaq Qurbanı ermənilərdən kim xilas edib? – ANONS - VİDEO
Mədəni / 16.01.2024 09:50
Təəssübkeşlik və elə-obaya bağlılıq – 60 ilin həyat kredosu
Müsahibə / 15.01.2024 21:19
“Qərbi Azərbaycan 50 milyonluq xalqın prioritet məsələsidir” – MÜSAHİBƏ - FOTO - VİDEO
Siyasi / 15.01.2024 17:40
Əziz Ələkbərli Dunya Miyatoviçə etiraz məktubu göndərib
Maraqlı, Sosial / 13.01.2024 22:12
Qədim Babacan əhalisi hansı səbəbdən keçmişdə kəndi tərk edib? - FOTO - VİDEO
Maraqlı, Sosial / 12.01.2024 21:03
“Erməni qadın anama demişdi ki, ilin sonuna qədər siz buradan qovulacaqsınız” - FOTO - VİDEO
Maraqlı, Sosial / 12.01.2024 14:05
“35 ildir yurdüm üçün qəlbim sızlayır” – Aidə Xudaverdiyevanın “Həyat Hekayəsi” – ANONS
Mətbuat / 12.01.2024 12:45
MEDİA üç yaşını qeyd edir
Hərbi, Siyasi / 11.01.2024 20:29
Erməni ordusu sərhəddən ən azı 5 kilometr geri çəkilir - FOTO - VİDEO
Siyasi / 11.01.2024 15:31
Rəsmi İrəvanın “güzgü prinsipi” hiyləsi – ANONS - VİDEO
Siyasi / 11.01.2024 13:53
İlham Əliyevin ismarışı – İrəvanın sülh prosesində qeyri-ciddiliyi – TƏHLİL
Gündəm, Maraqlı / 10.01.2024 20:16
Türkiyədən gələn ermənilərin “özəlləşdirdiyi” rayon - VİDEO
Dünya, Təhlil / 10.01.2024 15:47
Azərbaycanın Avropa Şurasına üzvlüyünü dəstəkləyən Fransa niyə dəyişir – TƏHLİL
Sosial / 10.01.2024 13:29
“İzi itirilən oğuz yurdu – Düzkənd rayonu” – ANONS - VİDEO
Müsahibə / 09.01.2024 23:12
Qərbi azərbaycanlılar doğma yurda qayıda biləcəkmi? - VİDEO