Ləman Seyidova Cenevrə Konservatoriyasına qəbul oldu
Azərbaycanlı uşaq Cenevrə Konservatoriyasının tələbəsi olub.
Rakus.az xəbər verir ki, söhbət 11 yaşlı Ləman Seyidovadan gedir.
Ləman 2016-cı ildə Türkiyədə “Mozart Academy” Pianoçuların II Beynəlxalq müsabiqəsində (III yer), 2017-ci ilin mart ayında Almaniyanın Köln şəhərində keçirilən “ClaviCologne” Beynəlxalq müsabiqəsində (II yer), Avstriyanın Vyana şəhərində “Edelweiss” Pianoçuların II Beynəlxalq müsabiqəsində (Qran-Pri), 2018-ci ildə
“Piano Talents” (İtalya, Milan) və “Premio Citta Di Padova” (Padova, İtaliya) Beynəlxalq müsabiqələrində (I yer), İqumnov adına Gənc Pianoçuların XI (Lipetsk, Rusiya) və Sezar Frank adına Beynəlxalq müsabiqələrində (Belçika) (II yer), 10-15 yanvar 2020-ci il tarixlərində Milanda (İtalya) baş tutan Gənc Pianoçuların Bethoven müsabiqəsində dörd mərhələni uğurla keçərək diplom və pul
mükafatına layiq görülüb.
Azyaşlı bakıda G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi olub. Əməkdar müəllim Kamilla Əmirovanı tələbəsi Ləmanın cəmi 11 yaşı olsa da, o, artıq yerli və beynəlxalq müsabiqələrdə qazandığı uğurlar nəticəsində ustad fortepiano ifaçılarının diqqət mərkəzindədir. 2018 və 2019-cu illərdə İtaliya və Rusiyada beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü olan professor Sergey Milşteyn gənc pianoçumuzun fortepiano hazırlığını, səs üzərində işini, çıxışını və musiqiyə qəlbən bağlılığını yüksək qiymətləndirib.