Siyasi 01.05.2024 22:18

“Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanan şəhər” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Zəngəzur mahalının qədim türk-oğuz yurdlarından sayılan, zaman-zaman etnik tərkibi dəyişdirilən Meğri rayonu süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz – Meğri” adlı süjetdə ermənilərin tarixin müxtəlif məqamlarında qədim türk tayfalarının yaşayıb idarə etdiyi məkanlarda düşünülmüş şəkildə insanlığa qarşı vandal hərəkətlər törətməsindən, yerli əhalini sıxışdırıb çıxarmaq üçün hər cür vasitələrə əl atmalarından bəhs olunur.

Bildirilir ki, Meğri rayonu şimaldan Qafan rayonu, şərqdən Azərbaycanın Zəngilan, qərbdən Ordubad rayonları, cənubdan isə Güney Azərbaycan, İran ilə həmsərhəddir. Rayon ərazisi 1828-ci il Türkmənçay müqaviləsinə əsasən Azərbaycanın tərkibində Çar Rusiyasının tabeçiliyinə verilib. 1918-1920-ci illərdə bu ərazi Azərbaycan Cümhuriyyətinin Zəngəzur qəzasına bağlı olub və daim erməni quldur dəstələrinin terror və təxribatlarına uğrayıb. İndiki Ermənistanda 1920-ci il noyabrın 29-da sovet hökuməti qurulandan sonra Ermənistan adlanan respublikanın tərkibinə daxil edilib.

Qeyd olunur ki, Meğri rayonunun ərazisində əksəriyyət azərbaycanlılar yaşasa da, tədricən deportasiyaya məruz qoyulub və etnik tərkib ermənilərin xeyrinə dəyişdirilib: “Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz olan Meğri inzibati rayon kimi  1930-cu il sentyabrın 9-da yaradılıb. Meğri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanıb. Rayonun 20-dən çox kənd və yaşayış məntəqəsində yaşayan azərbaycanlılar son olaraq 1988-ci ildə deportasiyaya məruz qalıblar. Rayonun Nüvədi kəndi isə 1991-ci ildə tamamilə boşaldılıb. Bundan sonra rayon üzrə tarixi yer adları dəyişdirilib. 1995-ci ildə isə Zəngəzur mahalı ərazisində yerləşən Meğri, Gorus, Qafan, Sisiyan rayonları ləğv edilib və bunların hesabına mərkəzi Qafan şəhəri olan Sünik mərzliyi yaradılıb.

Sonda vurğulanır ki, qədim Azərbaycan torpağı olan bu məkan   ermənilərin uzun illərdən bəri apardığı çirkin planların qurbanı olub: “Təbii ki, indi zaman dəyişib, yeni reallıqlar yaranıb və biz Zəngəzura, o cümlədən Meğriyə qayıdacaq, yurd yerlərimizə yeni nəfəs verəcəyik”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında mayın 1-də   saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 01.05.2024 22:18
“Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanan şəhər” - FOTO - VİDEO
Hərbi, Mətbuat, Sosial / 01.05.2024 15:20
“Onu həmişə xatırlayırıq…” - FOTO
Elm və təhsil, Təhlil / 01.05.2024 14:43
Sosial şəbəkə oyunu – geosiyasi maraqların toqquşması – TƏHLİL
Maraqlı, Sosial / 01.05.2024 13:19
Ermənilərin Meğridə apardığı çirkin plan – ANONS - VİDEO
Mətbuat / 01.05.2024 12:58
Qərbi Azərbaycan Televiziyasının binası açıldı - FOTO
Hadisə, Siyasi / 30.04.2024 22:20
Erməni general: “Zod əlimizdən çıxsa bütün Göyçəni itirəcəyik” - FOTO - VİDEO
Müsahibə, Siyasi / 30.04.2024 19:12
“Qərbi Azərbaycanın yerli əhalisinin geri qaytarılması yaxın 5 ildə həll olunacaq” - FOTO - VİDEO
Siyasi, Təhlil / 30.04.2024 16:00
Qərbin Gürcüstanda növbəti imtahanı – TƏHLİL
Maraqlı, Sosial / 30.04.2024 14:34
“Ermənilər Zod kəndində qəbirləri qazır“ – ANONS
Müsahibə, Video müsahibə / 30.04.2024 13:44
“Erməni alimləri süni tarix yaratmağa çalışırlar” – ANONS - VİDEO
Müsahibə / 29.04.2024 22:16
“İrəvan ərazisinə 80 min kazakın köçürülməsi təklif edilmişdi” - VİDEO
Hərbi / 27.04.2024 22:42
Xankəndini ermənilərdən, Lənkəranı separatçılardan təmizləyən irəvanlı general - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 26.04.2024 21:32
“Erməni qızı ilə mahnı oxuduğuma görə konsert yarımçıq qaldı” - FOTO - VİDEO
Təhlil / 26.04.2024 15:13
Avropa Parlamentinin qərəzli mövqeyi – TƏHLİL
Maraqlı, Sosial / 26.04.2024 13:31
“Maşınımızla Qarakilsəyə gedəcəyik” – Əlövsət Quliyevin “Həyat Hekayəsi” – ANONS
Gündəm, Siyasi, Təhlil / 25.04.2024 22:32
Dörd kəndi də azad edən İlham Əliyevin inanılmaz Qərbi Azərbaycan planı - FOTO - VİDEO
Təhlil / 25.04.2024 14:26
Rəsmi Bakı İrəvanı belə ağıllandırır – ANONS - VİDEO
Siyasi, Sosial / 24.04.2024 22:03
Qızıl Qoçun türk əhalisi ailəliklə sürgün edilib - FOTO - VİDEO
Təhlil / 24.04.2024 15:20
Sərhəd dirəyi – Aprel ayına dəyişən tarixi baxış – TƏHLİL
Maraqlı, Siyasi, Sosial / 24.04.2024 13:56
Muş ermənilərin yerləşdirildiyi rayon – ANONS - VİDEO
Mədəni, Sosial / 23.04.2024 22:36
Qərbi azərbaycanlıların mədəni irsi – ermənilərin iddiaları - FOTO - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 23.04.2024 19:02
“Ermənistan Rusiya, Avropa və ABŞ-ın təmas nöqtəsinə çevrilir” - VİDEO
Maraqlı, Sosial / 23.04.2024 13:28
Erməni araşdırmaçıların iftira və etirafları – ANONS
Müsahibə, Siyasi / 23.04.2024 13:10
Fransa Ermənistanı yenidən qızışdırır – ANONS - VİDEO
Siyasi, Təhlil / 23.04.2024 11:58
ATƏT-in büdcəsindən 19 ildir qanunsuz əməkhaqqı alan səfir – TƏHLİL
Müsahibə / 22.04.2024 22:55
“Haylar Orta Asiya ərazilərinə iddia edirlər” – MÜSAHİBƏ - FOTO - VİDEO