Mədəni 01.10.2019 21:47

Leyla Əliyeva “Pəncərədən düşən işıq” filminin nümayişində - FOTO

Oktyabrın 1-də Bakı Marionet Teatrında Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “TEFİ Sodrujestvo”nun mükafatına layiq görülmüş “Pəncərədən düşən işıq” sənədli filminin nümayişi olub.

Rakus.az xəbər verir ki, film Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilib.

Filmin baş prodüseri və ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

“Pəncərədən düşən işıq” sənədli filmində Xeyir və Şər arasında əbədi mübarizədən danışılır. Filmin qəhrəmanları bu suala cavab verməyə çalışırlar: Şərlə əbədi mübarizəsində Xeyrin qələbə qazanması üçün nə etmək lazımdır? Onların arasında 20 ildən çox həbsxana həyatı yaşayan və hazırda xeyriyyə təşkilatı yaratmaqla, xeyirxahlığı təşviq edən kitablar yazmaqla, hər gününü yaxşılıq etməklə başlayan şəxsi görürük. Ekran əsərinin digər qəhrəmanı əlil arabasında gəzməsinə baxmayaraq, fəal həyat tərzi keçirir – ali məktəbdə oxuyur, bal rəqsləri ilə məşğul olur, Olimpiya Oyunlarına hazırlaşır, paraşütdən tullanır, bununla da cətinliklərin öhdəsindən gələ bilir.

Filmdə valideynlər və həkimlərlə birlikdə ağır onkoloji xəstəliklərə qarşı mübarizə aparan uşaqlara xüsusi yer verilib. Uşaqları məktəbə getmək, yaşıdları ilə ünsiyyət saxlamaq imkanından məhrum edən müalicənin mürəkkəb olmasına baxmayaraq, onlar tam sağalacaqlarına inam və ümidlərini itirmirlər. “Pəncərədən düşən işıq” filminin hər bir qəhrəmanı insanları xeyirxahlıq etməyə, hər şeyin yaxşılığa doğru dəyişəcəyinə daim inanmağa və heç vaxt ruhdan düşməməyə çağırır.

Sənədli filmin nümayişi tamaşaçılarda dərin təəssürat yaradıb.

Filmin nümayişi başa çatandan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva jurnalistlərə müsahibəsində ekran əsəri ilə bağlı təəssüratlarını bölüşüb. O bildirib ki, xəstə uşaqlara tez-tez baş çəkir, onlarla ünsiyyət saxlayır. Onu “Pəncərədən düşən işıq” filminin çəkilməsinə də məhz bu ünsiyyət ruhlandırıb. Leyla Əliyeva deyib ki, filmin ideyası ona baxan hər kəsi daha çox xeyirxahlıq etmək barədə düşündürməkdən ibarətdir. Çünki xeyirxahlıq paylaşdıqca artır. O vurğulayıb ki, arzu edən hər kəs “Pəncərədən düşən işıq“ filminə “YouTube” kanalında baxa bilər.

Filmin rejissoru və ssenari müəllifi Oleq Şommer qeyd edib ki, söhbət real insanların taleyindən getdiyi üçün çəkiliş prosesi çox mürəkkəb olub. O deyib: “Bu filmdən sonra mənim daxilimdə çox şey dəyişdi. Mən dərk etdim ki, biz bir-birimizə daha çox kömək etməli, özümüzü başqasının yerinə qoymağı bacarmalı, qarşımızdakı insanı incitməməliyik. Həyatın əsas amalı məhəbbət və xeyirxahlıqdır”.

Xatırladaq ki, Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ikinci dəfədir keçirilir.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS