Rakus.az xəbər verir ki, “Ayaks” (Hollandiya) və “Barselona”nın (İspaniya) ardınca İngiltərənin “Liverpul” və “Tottenhem” klubları ÇL-in yarımfinal mərhələsinə vəsiqə qazanıb.
“Liverpul” 1/4 final mərhələsinin cavab oyununda “Portu”nun qonağı olub. Yerli “Draqau” stadionunda baş tutan görüş qonaqların 4:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
Paralel keçən qarşılaşmada “Mançester Siti” öz meydanında “Tottenhem”lə qarşılaşıb. Gərgin keçən oyunda qapılara 7 qol vurulub. “Şəhərlilər” 4:3 hesabı ilə (İlk oyun 0:1) qalib gəlsələr də, qonaqlar iki oyunun nəticəsinə görə mərhələni keçən tərəf olublar.
Çempionlar Liqası, 1/4 final, 2-ci oyun
“Portu” – “Liverpul” – 1:4
Qollar: 0:1 – Mane – 26, 0:2 – Salah – 65, 1:2 – Militao – 68, 1:3 – Firmino – 77, 1:4 – Van Deyk – 84
“Mançester Siti” – “Tottenhem Hotspur” – 4:3
Qollar: 1:0 – Sterlinq – 4, 1:1 – Min – 7, 1:2 – Min – 10, 2:2 – Silva – 11, 3:2 – Sterlinq – 21, 4:2 – Aquero – 59, 4:3 – Lyorente – 73