Sosial 03.08.2019 10:25

M. Ə. Rəsulzadə bələdiyyəsi hesabat verdi - FOTO

30 iyul 2019-cu il tarixdə M.Ə.Rəsulzadə bələdiyyəsində 2019-cu ilin 6 aylıq fəaliyyətinə dair sakinlərlə hesabat yığıncağı keçirilib.
Rakus.az xəbər verir ki, hesabat yığıncağında M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, bələdiyyə üzvləri və qəsəbə sakinləri iştirak ediblər.
M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov 2019-cu ilin 6 ayı ərzində qəsəbədə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Bələdiyyə sədri bildirib ki, hesabat dövrü ərzində bələdiyyənin maliyyə imkanları daxilində bir sıra təmir-tikinti, abadlıq və təmizlik işləri görülüb, eyni zamanda bir sıra sosial layihələr həyata keçirilib. Ötən müddət ərzində bələdiyyəyə vətəndaşlardan, ümumilikdə 197 müraciət (2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 87 vahid çox) daxil olub. Vətəndaş müraciətlərindən 178-i ərizə (2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 80 vahid çox) və 19-u şikayət (2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7 vahid çox) olub.
Hümbət Hüseynov bildirib ki, qəbula gələn vətəndaşların bələdiyyə sədri, sədr müavinləri və daimi komissiya sədrləri tərəfindən qəbul edilməsi həftəlik qəbul qrafiki üzrə müəyyənləşdirilsə də, vətəndaşlar hər gün qəbul olunur. Beləliklə, M.Ə.Rəsulzadə bələdiyyəsində 2019-cu ilin 6 ayında 823 vətəndaş qəbul edilib. Qəbulun 196-sı bələdiyyə sədri tərəfindən həyata keçirilib. Qaldırılan məsələlərin həlli istiqamətində mövcud qanunvericiliyə uyğun olaraq vətəndaşlara müvafiq köməklik göstərilib, zərurət olduqda vətəndaşların iştirakı ilə yerində araşdırmalar aparılıb, müraciətlər əsassız olduqda, bununla bağlı vətəndaşlara qanunamüvafiq izahatlar verilib. Hesabat dövründə M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvlərin iştirakı ilə 8 iclası keçirilib, baxılan məsələlərə dair 22 qərar qəbul edilib.
Bələdiyyənin gəlir və xərc ləri məsələsinə toxunan bələdiyyə sədri bildirib ki, 2019-cu ilin birinci yarımilində proqnozlaşdırılmış 399000 manat gəlirə qarşı büdcə 87,1 % yerinə yetirilib. Hümbət Hüseynov vurğulayıb ki, Prezident İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən, əməkdaşların sosial rifahının yaxşılaşdırılması məqsədilə bələdiyyə aparatında əmək haqqı fondu artırılaraq, iyul ayından minimum əmək haqqı 250 manata çatdırılıb.
Qarşıda görüləcək işlərdən bəhs edən bələdiyyə sədri onu da qeyd edib ki, 2019-cu ilin bələdiyyələr üçün seçki ilidir. Eyni zamanda, bu il Azərbaycanda yerliözünü idarəetmənin 20 yaşı tamam olur. Elə 20 illik fəaliyyətin hesabatı da növbəti V çağırış bələdiyyə seçkilərində özünü göstərəcəkdir. Hümbət Hüseynovun sözlərinə görə, bələdiyyə institutunun yaradılmasının 20 illiyi ilə əlaqədar “Bələdiyyə – 20 il” layihəsi çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində müxtəlif aksiyaların, müsabiqələrin, idman yarışlarının, həmçinin “20 ilin ən əhəmiyyətli layihəsi” kampaniyasının keçirilməsi planlaşdırılıb. Bunu həm də 20 illiyin hesabatı da adlandırmaq olar.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO