Müsahibə 05.11.2024 18:18

“Erməni diasporunun yalançı təbliğatının təsirini azaltmaq lazımdır” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi siyasi analitik Gülsel Səfərova olub.  

O, ABŞ-Azərbaycan münasibətləri, Prezident Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubla bağlı düşüncələrini bildirib, Azərbaycan və ABŞ-ın maraqlarının bir çox sahələrdə kəsişdiyini, rəsmi Vaşinqtonun sülh sazişinin imzalanmasında maraqlı olduğunu deyib.

Onun sözlərinə görə, Ermənistan parlamentinin sədri Qarabağ Azərbaycan ərazisi olduğunu bəyan edib: “Ümumiyyətlə, Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsi labüddür. Bu sazişin imzalanması Mərkəzi Asiya ilə Avropa arasında körpü olacaq. Region ölkələrinin inteqrasiyası Rusiya və ABŞ üçün vacibdir. Həm ABŞ, həm də Rusiya regionda sülhün yaradılmasına dəstək vermək istəyir”.

Siyasi analitik rəsmi Paris və İrəvan arasında hərbi əməkdaşlığın  gücləndirilməsini şərh edib, Ermənistanda, Fransada və ABŞ-da yaşayan erməni lobbisinin revanşist fikirlərini bölüşməkdə davam etdiklərini vurğulayıb: “Makron hökuməti İrəvan ilə Bakı arasında münasibətləri korlayır. Erməni diasporunun yalançı təbliğatının təsirini azaltmaq lazımdır. Bunun üçün müxtəlif vasitələrdən istifadə olunmalıdır”.

G.Səfərova bu il oktyabrın 18-də İstanbulda “3+3” formatında görüş keçirildiyini, Gürcüstanın bu formatda iştirakdan imtina etməsinin səbəblərini izah edib və sonda Qərbi azərbaycanlıların qayıdışı məsələsinə də toxunub: “Azərbaycanın əsas məqsədi regionu inkişaf etdirmək və sülh yaratmaqdır. Gürcüstanın danışıqlarda iştirakdan imtina etməsi ölkədəki gərgin siyasi vəziyyətlə bağlıdır.. Coğrafi məkan olan Qərbi Azərbaycanın yerli əhalisinin öz torpaqlarında yaşamaq hüququna malikdir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə noyabrın 5-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.

xxx

«Нужно уменьшить влияние фальшивой пропаганды армянской диаспоры»

Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.

Как сообщает Rakus.az, политический аналитик Гюльсель Сафарова была собеседником ведущей Эллады Сарван.

Она выразив своё мнение по поводу американо-азербайджанских отношений,  о письме президента Джозефа Байдена президенту Азербайджана Ильхаму Алиеву, сообщила, что интересы Азербайджана и США пересекаются во многих сферах, и что Вашингтон заинтересован в подписании мирного соглашения.

По ее словам, председатель армянского парламента заявил, что Карабах является территорией Азербайджана: «В целом, необходимо добиться долгосрочного мира между Азербайджаном и Арменией. Подписание этого соглашения станет мостом между Центральной Азией и Европой. Интеграция стран региона важна для России и США. И США, и Россия хотят поддерживать миростроительство в регионе».

Политический аналитик прокомментировала усиление военного сотрудничества между Парижем и Иреваном и подчеркнула, что армянское лобби, проживающее в Армении, Франции и США, продолжает разделять реваншистские взгляды: «Правительство Макрона подрывает отношения между двумя странам. Нужно уменьшить влияние фальшивой пропаганды армянской диаспоры. Для этого следует использовать разные средства».

Г.Сафарова пояснила, что 18 октября этого года в Стамбуле состоялась встреча в формате «3+3», объяснила причины отказа Грузии от участия в этом формате и наконец, затронула вопрос возвращения уроженцев Западного Азербайджана: «Главная цель Азербайджана – развитие региона и установление мира. Отказ Грузии от участия в переговорах связан с напряженной политической ситуацией в стране. Местное население Западного Азербайджана, которое является географической зоной, имеет право жить на своей земле».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.

Интервью транслировалось на русском языке 5 ноября в 18:30 на YouTube-канале и в 19:30 на Baku TV.

XƏBƏR LENTİ
Müsahibə, Siyasi / 05.11.2024 18:18
“Erməni diasporunun yalançı təbliğatının təsirini azaltmaq lazımdır” - FOTO - VİDEO
Təhlil / 05.11.2024 14:40
Rəsmi İrəvanın seçimi: Fransa, yoxsa Türkiyə? – TƏHLİL
Siyasi, Sosial / 05.11.2024 14:05
Üç kəndin acı taleyi – ANONS
Müsahibə, Siyasi / 05.11.2024 13:22
Sülh sazişi: Mərkəzi Asiya ilə Avropanın körpüsü – ANONS
Müsahibə / 04.11.2024 21:56
“Min səhifəlik “Ermənicə-Azərbaycanca lüğət” kitabı hazırlanıb” - FOTO - VİDEO
Təhlil / 04.11.2024 16:58
Dəyişməyən ünvan – Moldovanın Avropa seçimi – TƏHLİL
Elm və təhsil / 02.11.2024 22:00
“Dərələyəzdə olan yəhudi məzarlığı Xəzər tayfalarına aiddir” - FOTO - VİDEO
Elm və təhsil / 02.11.2024 14:12
Hansı abidələrin üzərində türk adları yazılıb? – ANONS - VİDEO
Siyasi, Sosial / 01.11.2024 22:04
“Rayon İcraiyyə Komitəsinin sədrinə dedim ki, Bakıda ermənilərin zirzəmisində kirayədə qalıb oxumuşam” - FOTO - VİDEO
Siyasi / 01.11.2024 15:42
İrəvan tarixi fürsətlə üz-üzüzədir - VİDEO
Siyasi, Sosial / 01.11.2024 13:41
Ellər kəndinin son şahidi – Şahbaz Balakişiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 31.10.2024 22:06
Azərbaycana qarşı “COP29” planı: Bakıya hücumlar haradan edilir? - VİDEO
Təhlil / 31.10.2024 16:17
Böyük Britaniya-Türkiyə tərəfdaşlığı – Hakan Fidanın London səfəri – TƏHLİL
Mətbuat / 31.10.2024 14:58
İqtisadiyyat.az xəbər portalı 6 yaşını qeyd edir
Siyasi / 31.10.2024 13:56
Ermənilərin “COP29” planı – ANONS - VİDEO
Siyasi, Təhlil / 30.10.2024 22:35
Erməni professor: “Putin, Vardanyan kimi adamlardan zibil kimi istifadə edib, zibilxanaya atır” - VİDEO
Siyasi / 30.10.2024 13:26
“Erməni dövlətinin tarixi Bakıda yazılır” – ANONS
Siyasi, Sosial / 29.10.2024 22:33
Ağsu, Ağtala, Ağtəpə, Ağudi – türk tarixinin izi - FOTO - VİDEO
Təhlil / 29.10.2024 19:00
Gürcüstan – hakimiyyətin və müxalifətin dəyişməyən taktikası – TƏHLİL
Elm və təhsil, Siyasi / 29.10.2024 18:43
“Erməni mətbəxinə məxsus yeməklərin çoxu İrəvan xanlığına aiddir” - VİDEO
Maraqlı, Sosial / 29.10.2024 13:34
Ermənilərin ölü kəndə çevirdiyi Ağtəpə – ANONS - VİDEO
Sosial / 29.10.2024 13:28
“Bələdiyyə layihələrinin icrası sakinlərin rifahını yaxşılaşdırır” – Hümbət Hüseynov
Mədəni / 29.10.2024 13:16
Erməni mətbəxi İrəvan xanlığına məxsusdur – ANONS - VİDEO
Müsahibə, Siyasi / 28.10.2024 23:18
“Ermənistanın hüquqi və siyasi aktlarında Azərbaycana qarşı ərazi iddiaları var” - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 28.10.2024 17:27
Gəncədə “Qərbi Azərbaycanın Şirin inciləri” kitabının təqdimatı olub - FOTO
Təhlil / 28.10.2024 15:41
Körpüləri yandıranlar və şabaşa çıxan “devinazlar” -TƏHLİL