Elm və təhsil 02.12.2024 13:44

Manqurt – şüursuz kölə nəzəriyyəsində Çingiz Aytmatov ucalığı – Qoşqar Vəli yazır

Görkəmli qırğız yazıçısı, ictimai-siyasi xadim Çingiz Aytmatovun zəngin və dərin yazıçı dünyası milli düşüncə tərzinə əsaslanır.
Millilik amili, ümumtürk ruhu, qırğız etnik düşüncəsi, bəşər övladı üçün əhəmiyyətli olan problemlərin ümumiləşdirilməsi onun əsərlərində orjinal bədii həllini tapır. Onun “Müharibələrin yerinə mütləq mədəniyyət gəlməlidir” çağrışı bu günümüzdə daha aktual səslənir. İnsan “Mən kiməm” sualından özünü dərketmə qabiliyyətinə malik olmalıdır. “Əsrə bərabər gün” romanı bir əsirlik dövrün yekunu və özünüdərketməyə can atan müasir dövrün start nöqtəsidir.
Onun “Cəmilə”, “Əlvida Gülsarı”, “Ana tarla”, “İlk müəllimim” kimi kiçik povestləri daşıdığı böyük ideya – mənəvi yük baxımından cilid-cilid romanlarla müqayisə edilə bilər. Dəyişməkdə olan dünyanın yeniləşmə prosesinin mükəmməl ədəbiyyatını Çingiz Aytmatov yaratmışdır. Geniş mənada desək Çingiz Aytmatovun bütün əsərləri son yüzilliyin ən möhtəşəm epopeyasıdır. Dəfələrlə Azərbaycana gələn Çingiz Aytmatovun Cəlil Məmmədquluzadə haqqında dediklərindən aydın olur ki , o, türk xalqları ədəbiyyatında realist nəsr məktəbinin əsasını qoymuşdur.
Bir sözlə, Çingiz Aytmatov dünyada oxşar taleləri yaşayan, insan, zaman, cəmiyyət və gələcək haqqında eyni düşüncədə olan xalqların yazıçısıdır.
Manqurt – şüursuz kölə nəzəriyyəsində Çingiz Aytmatov ucalığı
Xatırlatma: Çingiz Aytmatov dünya ədəbiyyatının bənzərsiz örnəklərini yaradan, əsərlərinin dünyada tərcüməsi və nəşr edilməsinə görə çox nadir yazıçılara xas miqyasa sahib olan yazıçıdır. Aytmatovun əsərləri dünyanın 174 dilinə tərcümə olunub, əsərlərinin ümumi tirajı 80 milyondur.Ali təhsil almış Çingiz Aytmatov Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. O, 1952-ci ildə yerli qəzetlərdə dərc edilən bir neçə hekayəsi ilə ədəbi mühitə qədəm qoyub. Qırğız yazıçılarının əsərlərini rus dilinə tərcümə edib, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb.

Çingiz Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstan Muxtar Sovet Sosialist Respublikasının Talas Kantonunun (indiki Qırğızıstanın Talas vilayəti) Şəkər kəndində anadan olub . Atası — Torequl Aytmatov (1903–1938) əvvəlcə kəndli fəalı, sonra sovet və partiya işçisi, Qırğızıstan SSR-in görkəmli dövlət xadimi olmuşdur. Torequl Aytmatov görkəmli dövlət xadimi idi, lakin 1937-ci ildə millətçilik bəhanəsi ilə həbs olunmuş, 1938-ci ildə isə güllələnmişdir. Anası — milliyyətcə tatar olan Naqimə Abduvəliyeva (1904–1971) ordu siyasi xadimi, sonralar ictimai xadim olmuşdur. O, 1904-cü ildə İssık-göl yaxınlığındakı Karakol şəhərində anadan olmuşdur. Çingiz, qardaşları və bacıları atalarının təkidi ilə həbs olunmamışdan əvvəl Şəkərə köçüblər. Müharibə bitdikdən sonra 0, rus kəndi Pokrovkada orta məktəbə getməyə başlamışdır. Səkkiz sinfi bitirdikdən sonra Cambul Zootexnikumuna (indiki Kulan Aqrotexniki Texnikum) daxil olub, oranı fərqlənmə diplomu ilə bitirib. 1948-ci ildə Frunze şəhərindəki Qırğızıstan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1953-cü ildə oranı bitirmişdir. Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. Çingiz Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra mümkün oldu. Kursu bitirdiyi ildə “Oktyabr” jurnalında onun qırğız dilindəki “Üz-üzə” hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il “Yeni dünya” jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya şöhrəti qazandıran “Cəmilə” povesti işıq üzü görüb.

Dünya şöhrətli yazıçı və ictimai xadim Çingiz Aytmatov 2008-ci il iyulun 10-da Almaniyanın Nürnberq xəstəxanasında dünyasını dəyişmiş və Bişkek yaxınlığındakı Ata-Beyt memorial kompleksində dəfn olunmuşdur.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO