Mariya Stadnik mübarizəyə başlayır
Polşadan paytaxtı Varşavada keçirilən Avropa çempionatında bu gün qadın güləşçilər mübarizəyə başlayacaq.
Rakus.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən 3-ü döşək üzərinə çıxacaq.
İkiqat dünya və 7 qat Avropa çempionu Mariya Stadnik (50 kq) ilə Səbirə Əliyevanın (76 kq) ilk görüşü 1/4 final mərhələsinə təsadüf edəcək. Elis Manolova (68 kq) isə mübarizəyə 1/8 finaldan başlayacaq.
Stadnik Rusiya, Əliyeva Estoniya, Manolova isə İsveç təmsilçisi ilə görüşəcək. Qadın güləşçilərdən Tatyana Varansova ilə İrina Netreba isə növbəti gün xalça üzərinə çıxacaq.
Avropa çempionatı
Qadın güləşi
21 aprel
50 kq
1/4 final: Mariya Stadnik – Yekaterina Poleşçuk (Rusiya)
68 kq
1/8 final: Elis Manolova – Tindra Syoeberq (İsveç)
76 kq
1/4 final: Səbirə Əliyeva – Epp Maee (Estoniya)
Bu gün eyni zamanda sərbəst güləşin 5 çəki dərəcəsi üzrə təsəlliverici və medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Əhmədnəbi Qvarzatilov (61 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) təsəlliverici, Osman Nurməhəmmədov (92 kq) bürünc medal görüşünə çıxacaq.
61 kq
Təsəlliverici görüş: Əhmədnəbi Qvarzatilov – Vladimir Yeqorov (Makedoniya)
86 kq
Təsəlliverici görüş: Hacımurad Məhəmmədsəidov – Nazim Amin (San-Marino)
92 kq
Bürünc medal görüşü: Osman Nurməhəmmədov – Andril Vlasov (Ukrayna) / Radoslav Marçinkieviç (Polşa) cütünün qalibi
Seçmə mərhələ və təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 13:30-da, yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.