MDB MNŞ-nın fəaliyyəti hərbi əməkdaşlığın inkişafına töhfə verir – Lebedev
Təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair prinsipial mövqe MDB Dövlət Başçıları Şurasının oktyabrın 11-də Aşqabadda və Hökumət Başçıları Şurasının oktyabrın 25-də Moskvada keçirilən iclaslarında bir daha təsdiqlənib.
Rakus.az xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev MDB Müdafiə Nazirləri Şurasının oktyabrın 30-da Bakıda keçirilən 77-ci iclasındakı çıxışında deyib.
O bildirib ki, MDB Müdafiə Nazirləri Şurasının fəaliyyəti çoxsahəli hərbi əməkdaşlığın inkişafına davamlı töhfələr verir. MDB ölkələrinin Müdafiə nazirlərinin hər bir görüşü üzv dövlətlərin hərbi əməkdaşlığın genişləndirilməsində ümumi maraqların olduğunu göstərir. Bugünkü görüşün gündəliyində 20-dən çox məsələnin yer alması buna nümunədir.
İcraiyyə Komitəsinin sədri MDB-yə sədrliyin gələn il Özbəkistana keçdiyini xatırladıb.