Mədəni 26.12.2019 13:56

Mədəniyyət naziri Cəlil Məmmədquluzadənin ev-muzeyində oldu - FOTO

Mədəniyyət naziri Əbülfəs Qarayev böyük yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyinin əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub.

Rakus.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov muzeyin ekspozisiyası, burada görülən işlər barədə Əbülfəs Qarayevə məlumat veriblər. Bildirilib ki, təmirdən sonra muzeydə yeni ekspozisiyalar yaradılıb. Həmçinin Azərbaycan, rus, ingilis dilində təqdim olunan yeni İP texnoloji vasitəsilə muzeyə ekskursiya etmək mümkündür.

Diqqətə çatdırılıb ki, Cəlil Məmmədquluzadə 1922-1932-ci illərdə yaşadığı mənzildə ömrünün ən çətin vaxtlarını keçirib. Burada ev-muzeyin yaradılması haqqında qərar respublika hökuməti tərəfindən hələ 1976-cı ildə qəbul olunub. Muzeyin təntənəli açılışı ədibin anadan olmasının 125 illiyində, 1994-cü il dekabrın 28-də ulu öndər Heydər Əliyevin iştirakı ilə gerçəkləşib.

Muzeyin birinci zalında C.Məmmədquluzadənin uşaqlıq və gənclik illərini əhatə edən eksponatlar nümayiş olunur. İkinci zal vaxtilə Məmmədquluzadələr ailəsinin qonaq otağı olub. Burada ailə həyatını əks etdirən ekspozisiya sərgilənir.

Ev-muzeyində, həmçinin Xalq rəssamı Oqtay Sadıqzadənin müəllifi olduğu, əsli Naxçıvandakı Ədəbiyyat muzeyində saxlanılan əsər – yazıçının həyat yoldaşı Həmidə xanımla portreti yer alır.

Muzeyin daha bir zalı bütünlüklə görkəmli publisistin yaradıcılığını əks etdirir. Burada “Cəlil Məmmədquluzadə və Azərbaycan teatrı” guşəsi, “Molla Nəsrəddin” jurnalının nüsxələri, jurnalın yayımı ilə bağlı qaimələr, yazıçının əlyazmaları, yazı masası, “Ölülər” tamaşasının 1916-cı ildə çap edilən afişa-proqramı nümayiş olunur. Muzeydə ümumilikdə 5432 eksponat qorunur.

Ev-muzey ilə tanış olan nazir Əbülfəs Qarayev buradakı ədəbiyyat nümunələrinə, “Molla Nəsrəddin” jurnalının nüsxələrinə baxıb, təmir-bərpadan sonra muzeyə ziyarətçilərin sayı ilə maraqlanıb. Bildirib ki, yeni üslubda təqdim edilən ekspozisiya cəlbedicidir. Multimedia avadanlığının təqdimatı muzeyə gələnlərdə xoş təəssürat yaradır. Bu layihəni virtual ziyarət formatında da təqdim etmək olar. Muzey təkcə nümayiş üçün deyil, elmi-tədqiqat işinin aparılması üçün vacib məkandır.

Nazir muzeyin kollektivinə uğurlar arzulayıb və əməkdaşlarla xatirə şəkli çəkdirib. (Azərtac)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO