Sosial 03.07.2019 13:59

Məhkəmə bələdiyyənin qərarını qanundan üstün tutdu

  

Xalq arasında “kupça” kimi tanınan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) tərəfindən verilən çıxarış əmlakla bağlı əməliyyatların rəsmiləşdirilməsi üçün ən yüksək və yekun əhəmiyyətli sənəddir. Bu sənəd bu və ya digər əmlakın konkret kimə məxsus olduğunu rəsmən təsdiqləyir. Yalnız məhkəmənin bu sənədi etibarsız hesab etməyə və ya dəyişdirməyə hüququ var. Amma məhkəmələr də, Azərbaycan təcrübəsində göründüyü kimi, bu məsələni elə şərh edir ki, xeyli sayda qeyri-müəyyənlik yaranır…
Rakus.az xəbər verir ki, Mədət Əhmədov 2017-ci ilin may ayında Nərmin Bəxtiyarova və Donara Əlibəylidən Bilgəh qəsəbəsində ümumi sahəsi 15 sot ərazini əhatə edən özəlləşdirilmiş bağ sahəsi alıb. Bu, Bakı ölçülərinə görə kiçik ərazi olsa da, Əhmədov üçün əsas məsələ hər şeyin qanunlar çərçivəsində olması idi. Notariusda müvafiq müqaviləni rəsmiləşdirdikdən sonra Əhmədov tezliklə kupçanı alır və bununla da “hər şeyin həll olunduğunu” düşünərək ərazini hasarlamağa başlayır. Həmin andan etibarən onun uğursuz macəraları başlayır.
Çətinliklə tikilən daş hasar Vasif İsmayılov tərəfindən uçurdulur. İsmayılov sahənin ona məxsus olduğunu və heç kimin burada özbaşına iş görməsinə icazə verməyəcəyini bildirir. O, sözlərinin daha da inandırıcı olduğunu göstərmək üçün Əhmədovun alqı-satqı müqaviləsinin, eləcə də daha əvvəl Yusifova və Əlibəyliyə verilmiş kupçaların əsassız olduğunun təsdiqlənməsi məqsədi ilə məhkəməyə müraciət edir. Özü də olduqca ciddi əsaslar gətirir. Belə ki, qəsəbə bələdiyyəsinin 2007-ci ildəki qərarı ilə torpaq ərazisi ona məxsusdur.
İlk baxışdan hər şey hüquqi tənzimləməyə uyğun gedirdi. Lakin burada kiçik bir “əmma” ortaya çıxır. Məlum olduğu kimi, Bilgəh qəsəbəsi Sabunçu rayonu ərazisində yerləşir, İsmayılov isə nədənsə iddianı Nizami rayon məhkəməsində qaldırıb. Kənardan elə də ciddi nöqsan kimi görünmür. Elə işə baxan hakim Elnur Nuriyev də belə düşünüb. Hərçənd o dəqiq bilməli idi ki, bu, prosessual  qaydanın kobud şəkildə pozulması deməkdir və işə Sabunçu rayon məhkəməsində baxılmalı idi. Amma bu hal E.Nuriyevin V.İsmayılovun xeyrinə qərar qəbul etməsinə mane olmayıb. Daha sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi analoji qərar çıxarıb və qərar ardından Bakı Apellyasiya Məhkəməsi tərəfindən də təsdiq edilib.
Məsələyə bu yerdə nöqtə qoymaq olardı, amma ciddi bir “əmma” ortaya çıxıb. Məhkəmələr həqiqətən çox sayda sənədləri nəzərdən keçirib, müxtəlif orqanlara sorğular göndərib, kadastrı araşdırıb, ekspertlərin fikirlərini öyrənib…
Bu sənədlərin siyahısını sadalamaqla oxucunu yormaq istəmirik, xüsusən də sənədlərdə çox sayda anlaşılmaz detalların, bəzən isə ziddiyyətlərin olması fonunda. Ona görə də məsələni qısaca təsvir etmək istəyirik.
İş ondadır ki, Yusifova və Əlibəyliyə ərazi hələ 1996-cı ildə keçmiş Bakı Bağ Təsərrüfatı tərəfindən ayrılıb və onlar sahəni 2017-ci ildə özəlləşdiriblər. İsmayılov isə bu sahni (daha doğrusu bir sahəni) 2007-ci ildə bələdiyyədən alıb. Hər iki tərəfin bu gün istinad etdikləri sənədləri var. Aydındır ki, bələdiyyə torpaq sahəsini orada çoxdan heç kimin görünmədiyinə görə İsmayılova satıb. Eyni sözləri İsmayılov haqqında da demək olar. Əks halda, heç kim yaşayış olan yerdə hasar tikməyə başlamazdı, heç o ərazini satmaq da mümkün olmazdı. Tərəflər, sadəcə, bir-birinin mövcudluğundan xəbərsiz olublar. Bələdiyyə və DƏDRX isə müxtəlif vaxtlarda yalnız kağızları olan boş torpaq sahəsi üçün sənədlər verib.
Amma məhkəmənin qənaətinə əsasən, ləğv edilən bağ təsərrüfatının balansındakı torpaq sahələrinin mülkiyyətinə keçdiyi Bilgəh qəsəbəsinin bələdiyyəsi yenə də ərazinin satışından öncə “bağçılar”ın fikirlərini öyrənməli idi. Axı arxivlərdə onların ünvanlarını və telefon nömrələrini tapmaq elə də çətin deyil. Bəli, onlar özəlləşdirmə məsələsində gecikiblər, lakin onların da torpaq sahəsində müəyyən hüquqları olub. İndi isə qarışıb vəziyyət yaranıb və mövcud vəziyyətdə məhkəmədən ədalətli qərar gözləməyə dəyməz. Ondansa məhkəmə sistemində islahatların aparılması və ixtisaslaşmış məhkəmələrin fəaliyyət göstərməsi daha yaxşı olardı… (Haqqin.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO