Sosial 16.10.2019 16:33

Məhkəmə fəaliyyətinin yanlışlığı problem yaradır – Deputat

“Bütövlükdə məhkəmə sistemində dəyişikliklər zərurətdən doğur. Hüquq-mühafizə orqanları daxilində məhkəmə ayrıca hakimiyyət qolu olduğuna görə bu hakimiyyət qolunda baş verən proseslər əslində cəmiyyət həyatında yekunlaşan proseslər olur. Yəni icra hakimiyyətinin, qanunverici orqanın fəaliyyətinin yekunu məhkəmə hakimiyyəti ilə üzə çıxır”. 

Rakus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Məhkəmə hakimiyyətində ədalət və hüququn işləmə mexanizmləri yerində olmayanda bu, dövlətin adına ciddi problemlər yaradır. Diqqət edirsinizsə, məhz məhkəmə qərarları nəticəsində ölkənin Avropa İnsan Haqları Məhkəməsində bir sıra məsələlərinin müzakirə olunması, mülkiyyət məsələlərinin gündəmə gətirilməsi və ölkəyə ayrı-ayrı hakimlərin yanlış fəaliyyəti nəticəsində təzminatların müəyyən edilməsi – bunların hamısı dövlət büdcəsindən ödənilən vəsaitlər olur. Bir məhkəmə fəaliyyətinin yanlışlığı bu qədər problemlər yaradır. Ona görə də ölkə Prezidenti bu zərurəti hiss etdiyinə və aldığı informasiyalara görə bunun vacib olduğunu düşünərək belə bir sərəncam verdi və bunun əsasında da islahatlar prosesi başladı”.

F. Mustafa qeyd edib ki, yüzlərlə icra olunmayan məhkəmə qərarlarının olduğu ölkədə məhkəməyə inamın azalmasından söhbət gedə bilər.

“Ona görə də biz bunu elə etməliyik ki, məhz icranın önü açılsın, məhkəmə qərarlarının etibarlılığı artsın və bütövlükdə məhkəmədə hakimlərin, bütün subyektlərin vicdanlılıq əmsalı o dərəcədə olsun ki, artıq güvənsizlik deyilən bir mühit olmasın. İslahatın birinci qayəsi və fəlsəfəsi bu olmalıdır. İslahat prosesini bunu düşünürək həyata keçirsək, artıq bu sahədə nöqsanların azalmasının şahidi ola biləcəyik. Birinci növbədə məhkəmədə Konstitusiyada nəzərdə tutulan bütün bu islahata kadrların özlərinin bir az dəstək verməsi prosesini genişləndirməliyik. Yəni ona mane olma təzahürləri daha çox görülməkdədir. Yəni heç kim öz sahəsində olan səlahiyyətlərin azalmasında maraqlı deyil və heç kim də öz sahəsində olan nöqsanların ortadan qaldırımasına ciddi cəhd göstərmir. Məhkəmənin adının təmizlənməsi, nüfuzunun qaldırılması üçün hamı azacıq fədakarlıq göstərsə, bu islahatlar qısa müddət ərzində öz böhrəsini verəcək” – deyə deputat bildirib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO