Gündəm 14.06.2023 20:00

Məkrli erməni planının qurbanı Gərnibasar mahalı - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Əsgər İbrahimovun müəllifliyi ilə erməni millətçilərinin qarşıya qoyduqları məkrli planın tərkib hissəsi kimi unuturmağa çalışdıqları mahallardan biri – Gərnibasar haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “İzləri itirilən Gərnibasar mahalı” adlı süjetdə ermənilərin uydurma ideyalar ortaya atdıqları, guya  qədim sakinlər olduqlarını sübut etmək üçün əsrlərdən bəri oğuz-türklərinin yaşadığı ərazilərdən yerli əhalini sıxışdırıb çıxarmaları, onlara məxsus izləri itirməklə özlərinə saxta ərazi yaratdıqları xüsusi qeyd olunur.

Bildirilir ki, İrəvan xanlığının 15 mahalından biri olan Gərnibasar mahalı Ağrıdağ vadisində, İrəvan çuxuru ərazisində, Araz çayının sol sahili boyu uzanan tarixi Azərbaycan ərazisidir: “Mahal Şimal-qərbdən Zəngibasar mahalı, yəni Zəngibasar rayonu, şimaldan Qırx-bulaq mahalı, yəni Ellər rayonu, cənub-şərqdən və cənubdan Vedibasar mahalı, yəni Vedi rayonu, nəhayət, cənub-qərbdən Araz çayı vasitəsilə Türkiyə ərazisi ilə həmsərhəd idi.

Gərnibasar 1591-ci ildə Osmanlı dövründə inzibati-ərazi vahidi, İrəvan əyalətinin nahiyəsi kimi indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahallardan biridir. 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Gərnibasar mahalında mövcud olmuş 95 kənddən 43-ü  dağıdılıb. Dağıdılan kəndlərin demək olar, tam əksəriyyətinin adı türkmənşəlidir. Ümumiyyətlə, 1828-ci ildə Gərnibasar mahalında 52 kənd mövcud olub. Bu yaşayış məntəqələrində 1829-cu ilə kimi 4176  azərbaycanlı, 145 erməni yaşayıb. 1829-1830-cu illərdə əraziyə İrandan 5359 erməni köçürülərək azərbaycanlılar yaşayan kəndlərdə yerləşdirilib. Mahalın adı ərazidən axan Gərniçay çayının adından götürülüb.

 

İrəvan xanlığı Rusiya tərəfindən işğal olunduqdan sonra İrəvan qəzasının Gərni nahiyəsi Sovet dövründə – 1930-cu il sentyabrın 9-dan “Ermənistan SSR“nin Qəmərli, 1945-ci il sentyabrın 4-dən isə Artaşad rayonu kimi mövcud olubdur. Bu ərazi 507 kvadrat kilometrdir və relyefinə görə bir-birindən kəskin şəkildə fərqlənən düzənlik, dağlıq hissələrdən ibarətdir. Qəmərli qəsəbəsi 1961-ci ildən respublika tabeli şəhər idi. 1987-ci ilin məlumatına görə, Gərnibasar mahalının ərazisi indiki Ararat vilayətinin keçmiş Artaşad, yəni Qəmərli rayonunda 1 respublika tabeli şəhər, 13 kənd sovetliyi, ümumiyyətlə, 40 yaşayış məntəqəsi mövcud olub”.

Sonda diqqətə çatdırılır ki, ermənilərin yerli xalq olmaları özlərinin yazdığı saxta tarix kitablarından başqa heç bir tarixi, arxeoloji mənbədə, bu regionun heç bir maddi və ya mənəvi mədəniyyətində öz əksini tapmayıb: “Zaman-zaman çirkin əməllərlə özlərini məqsədlərinə çatmış kimi hiss etsələr də amma daim narahatdılar. Çünki artıq zaman dəyişir, o yurdlara qayıtmaq üçün o yerlərin sahiblərinin qəlbində bir ümid işığı yanır. Əminik ki, bu işıq Qərbi Azərbaycanın hər tərəfini qaranlıqdan xilas edəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramil İbrahimovun təqdimatında iyunun 14-də  saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO