Müsahibə 10.03.2025 22:43

“Məmmədsadıq Aran Türk dünyasının ən böyük şəxsiyyətlərindən biridir” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi “Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin sədri, tədqiqatçı Elməddin Behbud olub.

O, Qərbi Azərbaycanın Zəngəzur mahalından – Qarakilsə rayonunun Vağudi kəndindən söhbət açıb. Bildirib ki, Vağudi Qarakilsə rayonunun ən qədim və böyük yaşayış məntəqələrindən biridir. Burada tarixən Azərbaycan türkləri yaşayıblar. Kəndin yaxınlığındakı qədim Alban məbədi bu tarixi gerçəkliyi özündə nümayiş etdirən əsas abidələrdən biridir.

Tədqiqatçının fikrincə, tarixi mənbələr sübut edir ki, Vağudidə 1918-ci ilə qədər heç bir erməni məskunlaşmayıb. Azərbaycanlıların 1918-1920-ci illər soyqırımından sonra bu yaşayış məntəqəsinə Türkiyə və İrandan onlarla erməni ailəsi köçürülüb. Nəticədə Vağudi ermənilərlə azərbaycanlıların qarışıq yaşadığı kəndə çevrilib. 1988-ci ildə isə kəndin azərbaycanlı əhailisi növbəti dəfə soyqrımı və deportasiyaya məruz qalıb, öz ata-baba yurdundan tamamilə qovulub və nəticədə kənd bütövlükdə erməniləşdirilib.

QHT sədrinin sözlərinə görə, həyasızlıqda heç bir sərhəd tanımayan ermənilər Azərbaycan türklərinə məxsus maddi-mədəniyyət abidələrini məhv etməyə, saxtalaşdırmağa, özlərinə uydurma tarix yaratmağa başlayıblar. Bu kontekstdə onlar Qərbi Azərbaycanın, o cümlədən Vağudinin əzəli sakinləri olmalarına dair əsassız iddialar da ortaya qoyublar.

Ötən əsrin əvvəlində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlara xüsusi diqqət çəkən müsahib vurğulayıb ki, daşnaklar Zəngəzurda bir çox kəndləri dağıdıb, günahsız əhaliyə divan tutublar. 1918-ci ildə Qarakilsədə bu qırğınlardan canını qurtarmaq üçün məscidə sığınan 400 azərbaycanlı diri-diri yandırılıb. Ümumilikdə hər bir kənddə ən azı 700 azərbaycanlı qəddarlıqla qətlə yetirilib.

E.Behbud müəllifi olduğu və bir müddət əvvəl təqdimatını keçirdiyi “Mücahid ömrü Məhəmmədsadıq Aran” kitabından da danışıb. Deyib ki, böyük zəhmət hesabına ərsəyə gələn tədqiqat əsəri Azərbaycanın atəşli istiqlalçısı, Türkçü cəbhənin yorulmaz mücahidi Məhəmmədsadıq Aran şəxsiyyətini geniş ictimaiyyətə çatdırmağa xidmət edəcək. QHT sədrinin sözlərinə görə, M.Aran Türk dünyasının ən böyük şəxsiyyətlərindən biridir və istər sovetlər birliyi dövründə, istərsə də müstəqilliyimizin yenidən bərpasından indiyə qədər ötən vaxt ərzində onun fəaliyyəti dərindən araşdırılmayıb. Ona görə də bu kitab həmin boşluğun aradan qaldırılmasında mühüm rol oynayacaq.

E.Behbud 1988-ci il deportasiyası zamanı ailəsinin üzləşdiyi çətinlikləri, ata-baba yurdu barədə xatirələrini də dilə gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 10-da saat 19:30-da Baku Tv-nin efirində, saat 21:30-da Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO