Siyasi 04.04.2019 16:51

Məmmədyarov Brüsseldə çıxış etdi

Avropa bazarını Azərbaycandan daha çox qaz almaq üçün cəlbedici etmək istəyirsə, Avropa İttifaqı (Aİ) tərəfdaşlarımız səylərini artırmalıdır.

Rakus.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bunu nazir Elmar Məmmədyarov Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxışında deyib.

E.Məmmədyarov bildirib ki, Azərbaycan-Aİ münasibətlərindəki sıxlığı çox müsbət və siyasi nöqteyi-nəzərdən yaradıcı hesab edir:

“Bu, digərləri ilə olan münasibətlərimizdən çox fərqlidir. Belə ki, bu Aİ üçün də regiondakı digərləri ilə münasibətlərindən müsbət mənada fərqli olmalıdır. Biz siyasi gündəliyimizi mühafizə etməliyik. Biz imkanlarımızı maksimum səviyyəyə çatdırmağa ehtiyac duyuruq. Buna görə də mən buradayam.

İlk növbədə, bizim yeni ikitərəfli sazişimizlə (layihə) necə və haraya gedəcəyimizi müzakirə etməyə ehtiyacımız var. İnanıram ki, danışıqlarımızı yekunlaşdırmağa çox yaxınıq. Bu yaxınlarda, biz danışıqları, onun bütün 3 hissələri üzrə sinxronlaşdırmağa müvəffəq olmuşuq. Belə ki, artıq 90 faizi razılaşdırıldığına görə bu gün bizim olduqca yaxşı imkanımız vardır. Son vaxtlar biz bir sıra dəyirmi masalar və video-konfranslar keçirmişik və eyni zamanda qarşıdan gələn günlərdə bunu davam etdirməyə çalışırıq. Mən danışıqları tezliklə yekunlaşdırmaq istiqamətində birgə imkanlarımızın mövcudluğu ilə bağlı müsbət fikirdəyəm. Lakin əlbəttə ki, Azərbaycan üçün ən vacibi mahiyyət məsələsidir.Bu barədə bir az sonra danışacağam”.

Nazirin sözlərinə görə, həmçinin dialoqun strateji əhəmiyyət kəsb edən məsələləri də əhatə ediləcək:

“Bu enerji və nəqliyyat ilə bağlı məsələlərdir. Bildiyiniz kimi, Azərbaycan regionda və kənarda bir sıra əlaqələndirmə layihələrinin təşəbbüskarı kimi çıxış edir. Bütün bunların məqsədi ticarət kanallarının şəbəkəsini yaratmaq və regionda siyasi və iqtisadi sabitlik və rifahı təmin etməkdir. Faktiki olaraq, biz nəqliyyat sahəsində Aİ ilə ayrıca dialoqa başlamışıq. Həmçinin biz vahid aviasiya üzrə saziş ilə bağlı danışıqlar aparırıq. Hökumət və sənaye sahəsindən olan tərəfdaşlarımızla birlikdə, biz enerji üzrə tamamilə yeni bir mənbədən – Azərbaycandan Aİ bazarına, onun sənayesinə və insanlarına daha çox təbii qazın çatdırılmasını mümkün edəcək Cənub Qaz Dəhlizinin tikintisini yekunlaşdırırıq. Azərbaycan bunu mümkün etdi. Aİ bazarını Azərbaycandan daha çox qaz alması üçün daha cəlbedici etmək istəyirsə Aİ tərəfdaşlarımız daha çox səy göstərməlidir.

Yalnız imkanlarımız deyil, həm də çətinliklərimiz vardır. Buna görə də bu yaxınlarda Təhlükəsizlik Dialoqunu da başlatmışıq. Belə ki, biz təhlükəsizlik, terrorizm və ekstremizmə qarşı mübarizə və digər bir çox məsələlərdə oxşar təsəvvürlə tərəfdaşlığımızı necə siyasi dəstəkləyə biləcəyimizi görmək istəyirik. Qeyri-qanuni miqrasiya ilə birlikdə bu məsələlər hamımız üçün ciddi narahatlıq doğura bilər. Burada xüsusilə nəzərə çatdırmaq istərdim ki, beynəlxalq hüquq prinsiplərinin davam edən pozuntusunun nəticələrinin aradan qaldırılması istiqamətində müvəffəqiyyətsizlik, habelə münaqişənin həlli kontekstində bu prinsiplərin yanlış təfsir olunması və selektiv tətbiqi qaydalara əsaslanan Avropa düzənini pozur. Hesab edirəm ki, əgər Avropa İttifaqı qonşuluq siyasətini inkişaf etdirirsə və regionda digər ölkələrə gəldikdə buna siyasi və maliyyə baxımından bu qədər çox sərmayə qoyursa onda, əlbəttə ki, qaydalara əsaslanan bir yanaşma olmalıdır”.

E.Məmmədyarov vurğulayıb ki, bundan əlavə, Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri üzrə, nəyin bizə kollektiv olaraq vacib olduğunu və tərəfdaşlığımızın nəyi hədəfləməli olduğunu göstərən bu qısa, lakin hərtərəfli sənədimiz var:

“Bu, prioritetlərdən bəhs edir. Bu, fokusdan bəhs edir. İndi bir intizam yaratmaq və onu həyata keçirtmək lazımdır. Orada, deyə bilərəm ki, Azərbaycanın uzaqgörən yanaşması vardır. Biz bunun necə həyata keçirilməsi ilə bağlı ilkin təsəvvürümüzü Aİ ilə bölüşmüşük. Tezliklə mətnimizi sizinlə bölüşəcəyik və bu yaydan əvvəl praktiki cəhətdən implementasiyaya başlayacağımıza ümid edirik. Fərqləndirmə, çeviklilik, diqqət mərkəzində saxlama və daha çox mülkiyyətçilik prinsiplərinin həyata keçirilməsi üçün hər bir ölkənin konkret məqsədləri və iqtisadi potensialına uyğun və prioritetlərə əsaslanan əməkdaşlıq daha səmərəli olardı. Belə bir yanaşma uzunmüddətli münasibətlərimizə müsbət təsir edər və həqiqi fərqləndirmə ruhuna uyğun olardı”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO