İdman 02.04.2019 10:39

Məmmədyarovla Rəcəbov üz-üzə gəldi - FOTO

Aprelin 1-də Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2019” superturnirində ikinci turun partiyaları oynanılıb.

Rakus.az xəbər verir ki, ikinci turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər. Partiyada qalib müəyyənləşməyib.

Mətbuat konfransında Şəhriyar milli komandanın üzvlərinə qarşı mübarizə aparmağın çətinliyindən danışıb: “Bizi illərin münasibəti bağlayır. Mentalitetlə bağlıdır. Millidə hamımız bir ailəyik. Təsəvvür edin, lazım olanda debütlərimizi bölüşürük. Teymurla aramızda sirrimiz yoxdu. Teymurun mənə kömək etdiyi yarışlar olub. Bəzən bildiyim debütlə komanda yoldaşlarımla bölüşmüşəm. Belə halları digər komandalarda görmək mümkün deyil. Onlarda hamısı bir-birinə rəqib kimi yanaşır. Azərbaycan millisində uğur qazandığımız yarışlarımız, qalibiyyətlərimiz olub. Uzun illər millidəyik və bu adi münasibət deyil. Bir neçə il əvvəl Eltacla Şəmkirdə oynayanda mənə qələbə çox vacib idi. Udmalıydım, üstünlüyüm olduğu partiyada səhv etdim, güclə düzəltdim. Amma qalib gəlmək fikrində olmuşam. Ümumilikdə etiraf etməliyəm ki, milli komandanın üzvlərinə qarşı uduşa oynaya bilmirəm. Dost olduğum həmkarıma qarşı prinsipiallıq hiss etmirəm. Düzdü həmişə belə olmur”.

T.Rəcəbov digər ölkələrdən olan zəka sahibləri və milli komandamızın üzvləri ilə qarşılaşan zaman eyni hisslər keçirmədiklərini bildirib: “Bizim Şəhriyarla yaxşı münasibətimiz var. Bir-birimizlə məsləhətləşib, müzakirələr edirik. Milli komandada oynayan zaman hamımız bir-birimizi nəzərə alıb mübarizə aparırıq. Udsaq da, uduzsaq da bir-birimizin yanında oluruq. Bu da ölkəmizə çoxlu uğurlar gətirməyimizə səbəb olur. Şahmat millimiz çox mehribandı. Hətta beynəlxalq turnirdə bir-birimiz üzərində qazanılan qələbəyə o qədər xüsusi sevinmirik. Şəhriyar ümumiyyətlə illərlə qazanılan dostluq münasibəti var. Bu münasibəti futbolla müqayisə etmək olmaz. Məsələn futbolda bir ulduz olur, hamı ona oynayır. Bizdə isə hamı bir hədəf uğrunda yarışır. Lazım gələndə debütlərimizi bölüşürük, bəzən məsləhət alırıq. Digər komandalarda belə vəziyyət görmək mümkün deyil”.

Turun digər oyunlarında norveçli dünya çempionu Maqnus Karlsen Hindistan təmsilçisi Vişvanatan Ananda, çinli Dinq Liren Rusiya şahmatçısı Aleksandr Qrişuka, digər rusiyalı Sergey Karyakin isə hollandiyalı Aniş Giriyə qalib gəlib.

Bolqarıstanlı Veselin Topalov və çexiyalı David Navaranın partiyası sülhlə bitib.

İki turdan sonra M.Karlsen, S.Karyakin və D.Liren 1,5 xalla 1-3-cü pilləni bölüşürlər. Ş.Məmmədyarov, T.Rəcəbov, D.Navara, V.Topalov 1 xalla 4-7-ci, V.Anand, A.Qrişuk və A.Giri isə 0,5 xalla 8-10-cu pillədə qərarlaşıblar.

Xatırladaq ki, SOCAR-ın, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Synergy Group”un tərəfdaşlığı ilə keçirilən Vüqar Həşimov memorialında bu dəfə də FIDE reytinqində ən yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparır. XXII kateqoriyalı superturnirin reytinq favoriti hazırkı dünya çempionu Maqnus Karlsendir. Norveçli dünya çempionu FIDE-nin reytinq cədvəlində 2845 xalla birinci pillədə qərarlaşıb.

İsveçrə sistemi üzrə keçirilən doqquz turdan ibarət “Shamkir Chess 2019” turnirinə aprelin 9-da yekun vurulacaq.

Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO