Mətbuat 16.01.2025 14:46

Mərdlik və milli iradə – xalqın qəhrəmanlıq rəmzi

Gənclərimiz tarixi hadisələri bilməlidirlər, eləcə də yaxın tariximizin öyrənilməsi və araşdırılması onların vacib vəzifələri olmalıdır.

Müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində misli görünməmiş gətl törətdilər. Onların törətdikləri bu qanlı cinayət Azərbaycan xalqının azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa öz dövlət müstəqilliyinə qovuşdu. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid oldu, 638 nəfər xəsarət aldı, 841 nəfər qanunsuz olaraq həbs olundu. İnsan hüquqlarına dair Beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyənnaməsinin tələbləri pozuldu.

Bakıda baş vermiş bu qanlı-qadalı 20 Yanvar hadisəsinə ilk etirazını bildirən Heydər Əliyev olaraq 1990-cu il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib, doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirərək mətbuat konfransı keçirdi. O, bu vəhşiliyi kəskin şəkildə pisləyərək, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa qarşı zidd aksiya adlandırdı.

Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində 20 Yanvar hadisəsi öz hüquqi və siyasi qiymətini almışdır. Buna 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı Milli Məclis səviyyəsində ilk hüquqi-siyası qiymət verildi. Bu qərarda deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçatmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsinə Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz cinayət kimi qiymətləndirilsin”.

20 Yanvar faciəsini Şəhidlər Xiyabanında hər il ziyarət edərək onların əziz xatirəsini dərin ehtiramla yad edərkən Ümummilli Liderimiz Heydər Əliyevin bu fikirləri xatırlanır: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanıdırlar, onlar millətimizin qəhrəmanıdırlar. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda, onların şəhid olmağı xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır.”

Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur. 20 Yanvar şəhid ailələri daim dövlətimizin diqqət mərkəzindədir. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis edilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb.

Ulu Öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsini əziz tutaraq hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Eyni zamanda Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli «20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir.

Sultanəli Qurbanov – YAP Səbail “Ü.Hacıbəyli-68” ƏPT-nın sədri, ADPU-nun dosenti 

XƏBƏR LENTİ
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti”
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib”
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO
Təhlil / 03.04.2025 13:28
Ermənistanın yeni müharibə hazırlığı – ANONS - VİDEO
İqtisadi / 03.04.2025 12:27
Bu il “İnşaat Həftəsi”ndə həyata keçiriləcək layihələr açıqlanıb
Elm və təhsil, Sosial / 02.04.2025 22:48
İslam peyğəmbərini ağır təhqir edən Nişanyanın arvadından etiraflar - VİDEO
Elm və təhsil / 02.04.2025 13:43
Yunan jurnalistin Təpəbaşı etirafları – ANONS - VİDEO
Gündəm, Hərbi / 02.04.2025 00:02
Aprel döyüşləri – Böyük Zəfərə aparan yol
Siyasi, Sosial / 01.04.2025 22:24
Artalas, Artız, Artik və Artik vəng – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 01.04.2025 18:30
“Tehrandakı erməni qəbiristanlığının ərazisi “beynəlxalq teleqraf mərkəzidir” - VİDEO
Siyasi, Video müsahibə / 01.04.2025 15:10
“Almaniya Prezidentinin sosial media profilindəki paylaşım təxribat idi” - FOTO - VİDEO